- Учителю
- Планирования урока
Планирования урока
İsrayıl Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta
məktəbin ibtidai sinif müəllimi Manafova Qüdsiyyənin
Azərbaycan dilindən " Yaxşı nədir, pis nədir " mövzu-
Sunda keçdiyi açıq dərsin icmalı.
FƏNN: Azərbaycan dili
SİNİF: I sinif
MÖVZU: Yaxşı nədir, pis nədir
.
STANDART:2.2.3. mətnin şəkilli planını tutur
1.1.2. dinlədiyi fikrə münasibətini bildirir
1.2.1. müşahidə etdiyi əşya,hadisələr haqqında və şəkillər üzrə danışır
DƏRSİN MƏQSƏDİ: 1)Mətin müəyyən hissələrinə aid illüstrasiyaları müəyyən edir.2) dinlədiyi fikrə münasibət bildirir
3)Bildiyi məlumatlardan istifadə etməklə gəldiyi nəticələr haqqında danışır.
DƏRSİN METODU: interaktiv
DƏRSİN TİPİ: induktiv
RESURSLAR: Dərslik 1-ci sinif Azərbaycan dili, iş vərəqləri,vatman kagızı, şəkillər
İŞ FORMASI:Böyük və kiçik qruplaria iş
İŞ ÜSULU: Anlayışların çıxarılması, müzakirə, klaster ,
İNTEQRASİYA: H.b. 3.2.1.
DƏRSİN GEDİŞİ
MOTİVASİYA:
( Müəllim şagirdlərə yaxşı və pis əməlləri əks etdirən şəkilləri nümayiş etdirir.Bununla şagirdlərin diqqəti müəllimə yönəlir)
Müəllim : Verilmiş şəkillər arasında hansı fərqləri ğörürsünüz?
Şagird 1: Birinci şəkildə pinti oğlan və səliqəli oğlan şəkilləri verilib. Oglanlardan birincisinin üzü çirkli, paltarları çox səliqəsizdir.
Müəllim: Diğər şəkilləri kim izah edər?
Şagird 2: Digər tərəfdə isə iki qız şəkli verilib. Birinci qız kikabını səliqəsiz saxlayır, onu cırır.İkinci qız isə kitabını səliqəli saxlayıb, səliqəlidir.Görünür dərs əlaçısıdır.
TƏDQİQAT SUALI:
Müəllim:Bu əməlləri necə adlandırmaq olar?
Şagird: yaxşı əməl və pis əməl.
Müəllim: yaxşı nədir? Pis nədir? Gəlin bu suala cavabı şeirlər üzrə tapaq.
(Müəllim lövhədə vatman kağızında əvvəlcədən hazırladığı yazını təqdim edir . Şagirdlərin bir neçəsi şeirləri oxuyub şeirdəki misralarin hansı hərəkətə aid olduğunu açıqlayırlar.)
Şagird1: kobudluq
Şagird2 : pinti
Şagird3 :təmizkar
Şagird4 : doğruçu
Şagirdlərin dediyi sözləri lövhədə iki hissəyəbölünmüş cədvəl üzrə qruplaşdırırlar və bunu davam etdirirlər.
-
Yaxşı
Pis
Təmizkar
Mehriban
Gülərüz
Işgüzar
Xeyirxah
Qaygıkeş
Mədəni
Qənaətcil
Pinti
Kobud
oğurluq
paxıl
özündənrazı
tənbəl
laqeyd
məsuliyyətsiz
(Bu cədvəli doldurarkən şagirdlərdən biri "oğurluq" sözünü yazarkən digər şagird yeni söz yazmaq əvəzinə yazılmış sözü cümlə şəklində tamamlayır:Oğurluq pis hərəkətdir.)
TƏDQİQATIN APARILMASI:
Müəllim şagirdləri qruplara bölur. Hər qrupa kiçik hekayə qurmağı tapşırır.
Müəllim: Qruplara belə bir tapşırıq verirəm.Hər qrup kiçik hekayə qursun.hekayədə insanların mənəvi keyfiyyətlərindən (yaxşı və pis) danışılsın.Qruplara vaxt ayrılır.
TƏQDİMAT:
Müəllim: Vaxt tamamdır. İndi qrupları dinləyək.Gəlin qrupları dinləyək.
I qrup
İki oğlan yolda velosiped sürürdü. Birdən birinin velosipedinin təkəri partladı. O, çox bikef idi.
Bundan xəbər tutan yoldaşı öz velosipedini ona sürməyə verdi. Beləcə onlar növbə ilə əyləndilər. Yoldaşının bu yaxşı əməlindən sevinən oğlan evə dönəndə heç kefi pozulmamışdı.
II qrup
Bir dəfə qoca bir kişi parkda əyləşib dincəlirdi.Bİr oğlan gəlib həmin oturacaqda əyləşdi. Qoca kişi bu balaca oğlanla ünsiyyət qurmaq üçün ona belə sual verir: -- Oğlum sən heç yaxşılıq etmisən?
Uşaq belə cavab verir:
-
Yaxşılıq etməmişəm, ancaq bir qocaya ata minməyə kömək etmişəm.
Qoca gülə-gülə uşağa belə deyir:
-
Bundan gözəl yaxşılıq?Qocaya hörmət vəkömək etmək ən böyük yaxşılıqdır.
III qrup
Elman əl-üzünü yumağa tənbəllik edən idi. O yolda qoca babaya kömək edir. Bu əməlindən sevinərək tez evə gəlib anasına deyir.Anası onu dinlədikdən sonra ona belə deyir:
-Oğlum, bir bax etdiyin yaxşı əmələ görə əl-üzün necə gözəl görünür. Afərin sənə!.Bu sözə inanan uşaq tez vanna otağına keçir və anasından xəlvət əl -üzünü yuyur. Bundan sonra o təmiz gəzir.
IV qrup
Bu qrup hekayə qura bilməyə vaxtı çatmır. Qurulan hekayələrdə hansı insani keyfiyyətlərin olması açıqlanır. Qruplar alqışlanır.Dərsdə fərqlənən şagirdləri ayrılıqda .(Afərin" kimi )sözlərlə qiymətləndirilir.
Müəlim: Uşaqlar gəlin dərsliyimizdəki "Yaxşı nədir, pis nədir " şeirini oxuyaq görək şeitdəki uşaq yaxşı nədir , pis nədr sualına atasından necə cavab alır.
DƏRLİK ÜZƏRİNDƏ İŞ:
Müəllim mətndəki şeiri üzündən oxuyur.
Müəllim: Gəlin şeiri müzakirə edək.
-Şeiri yazan Vladimir Mayakovski bizə hansı yaxşı və hansı pis əməli öyrədir?
Şagird1: Kitabı cırmamaq
Şagird2: səliqəli olmağı
Şagird3: zəhmətkeş,əməksevər olmağı
Şagird4: şair bizə deyir ki,kitablar bizə bilik öyrədir .Ona görə də onu cırmaq olmaz!
Müəllim: Afərin!
Müəllim: - Kitab haqqında hansı atalar sözünü bilirsiniz?
Şagird : Kitab bilik mənbəyidir.
Müəllim sözlə şagirdi qiymətləndirir.
Müəllim: Verilmiş şəkillər şeirin hansı hissələrinə aiddir?
Şagird:oğlanların şəkli ikinci bəndə aiddir,qızların şəkli isə üçüncü bəndə.
Müəllim: Doğrudur,.afərin .Uşaqlar yoldaşlarınızı alqışlayın.
Müəllim: Yaxşılıq insan üçün ən müsbət keyfiyyətlərdən biridir. Bəs insanlar arasında ən yaxşı münasibət hansıdır?
Şagird: Dostluq.
Müəllim : Dərslərimizi hazırlamağa tənbəllik etməyək və bir-birimizə kömək edək.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim: Dərsimizi dahi şair Nizami Gəncəvinin misraları ilə bitirək:
Yamanlıq etməkdən uzaq ol, uzaq
Pisliyin axırı pislik olacaq.
Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq ,o itən deyil.
Əldə olunan biliklər bir daha təkrarlanır.Şagirdlərin fikirləri dinlənilir.
EV TAPŞIRIĞI :
Müəllim: şeiri əzbərləyin.
QİYMƏTLƏNDİRMƏ:
qruplar
meyarlar
KOBUD
MEHRİBAN
TƏNBƏL
SƏLİQƏLİ
Dinlədiyi fikrə
Münasibət bildirir
Bildiyi məlumatlardan
istifadə edir
Təqdim edir
Vaxta riayət edir
əməkdaşlıq edir
Refleksiya:
Müəllim: Dərs xoşunuza gəldi?
Şadirdlər: bəli
Müəllim : Dərsimiz birdi.