7


  • Учителю
  • I русско-иранской войны (9 класс)

I русско-иранской войны (9 класс)

Автор публикации:
Дата публикации:
Краткое описание: Русско-иранская война (1804-1813 гг.) {literal}{/literal}Со времен Петра Россия проявляла интерес к иранским владениям на Кавказе и южном побережье Каспия. В 1722 году Петр Первый организовал Персидский поход и захватил прикаспийские провинции Ирана с Баку, Астрабадом, Рештом и Дербен
предварительный просмотр материала

I rus iran muharibesi


1804-cü ilin mayında İran rus qoşunlarının Cənubi Qaqfazdan çıxarılmasını tələb edir. Rusiya isə öz növbəsində bu tələbin yerinə yetirilməsini rədd etməklə işğalçılıq planlarından əl çəkməyəcəyini bir daha göstərir. Belə olduqda, 1804-cü ilin iyunun 16-da iki dövlət arasıda diplomatik əlaqələr kəsilir, müharibə başlayır.

İlk döyüş 1807-ci il iyulunda Üçmüədzin monastırının yaxınlığında, ikinci döyüş isə İrəvan yaxınlığındakı Qəmərli kəndində olur. Hələ Gümrü yaxınlığında olarkən Sisianov İrəvan xanı Məhəmməd xana məktub yazaraq Rusiyaya tabe olmağı təklif etsə də, rədd cavabı almışdı. Sisianov Məhəmməd xana cavab məktubunda yazır: "Mən gəlməmişəm ki, Gümrü yaxınlığında dayanım, ona görə gəlmişəm ki, İrəvanı tutum. Sizin yeganə xilas yolunuz mən qalaya yaxınlaşan kimi məni qarşılamaq, qala açarlarını mənə vermək və öz iradənizi ali hökmdara tabe etməkdir". Lakin lovğa və təkəbbürlü Sisianov İrəvan yaxınlığında məqsədinə çata bilmir. Məğlub olan rus qoşunları sentyabrın 4-də geri çəkilməyə məcbur olur.

Qarabağ, Şəki və Şamaxı xanlıqlarının işğal edilməsi. Gəncə xanlığının işğalından sonra Sisianov digər xanlıqlara da təzyiq göstərməyə başlayır. O, Şəki xanı Səlim xana 1804-cü il 9 yanvar tarixli məktubunda yazırdı ki, Şəki xanlığının da Gəncə kimi yox edilməsi ancaq mənim əmrimdən asılıdır.

XIX əsrin əvvəlində daxili və xarici vəziyyəti son dərəcə pisləşən xanlıqlardan biri də Qarabağ xanlığı olur. Rusiyapərəst qüvvələrin təkidi və təzyiqi ilə üzləşən İbrahimxəlil xan geri çəkilməyə və Rusiya ilə danışıqlar aparmağa məcbur olur. Bunun nəticəsi olaraq 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay müqaviləsi imzalanır

Mayın 21-də Şəki xanlığı da Kürəkçay müqaviləsinə qoşulmaqla Qarabağ xanlığı kimi xarici siyasət yeritmək hüququnu itirir. Lakin Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri sona qədər yerinə yetirməməsi ucbatından bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında hüquqi yolla nizama sala bilmir.

1805-ci il noyabrın 30-da düşmən qüvvələri Şirvan torpaqlarına soxulur. Dekabrın 5-də ruslar Ağsu şəhərinin 5 verstliyinə çatırlar. Mustafa xan yenidən Sisianovun müqaviləyə qol çəkmək tələbini rədd edərək Fit dağındakı müdafiə mövqelərini möhkəmləndirir. Lakin rus qoşunları əhalinin müqavimətini qıraraq Fit dağının 15 verstliyinə çatanda Mustafa xan düşmənin hərbi qüvvəsinin üstünlüyünü dərk edərək 1805-ci il dekabrın 27-də Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqaviləni imzalamağa məcbur olur.

Quba və Bakının işğalından sonra Rusiya hər vəchlə İranla sülh bağlamağa cəhd edir.

İranın 1812-ci ilin əvvəllərində etdiyi son cəhdlər də müvəffəqiyyətsizliklə nəticələnir. Bu dövrdə Qarabağ bölgəsindəki dalbadal məğlubiyyətlər İran qoşunlarının geri çəkilməsinə səbəb olur. Avqust ayındı 20 minlik İran qoşunu Lənkəran xanlığını ələ keçirdiyindən ruslar cavab tədbiri olaraq, buraya həm qurudan, həm də dənizdən hərbi qüvvələr göndərirlər. Həlledici döyüş 1812-ci il oktyabrın 10-da Aslandüz deyilən yerdə baş verir. Rus qoşunlarının komandanı Kotlyarevski qoşunun bir hissəsini düşmənin arxasına göndərir və bu hissənin qəfləti zərbələri Abbas Mirzəni çaşdırır. Döyüş rusların əhəmiyyətli qələbəsi ilə başa çatır.

1812-ci ilin dekabrında Araz çayını keçən rus qoşunu Muğan istiqamətində hücuma başlayır. Bu hücumda da ruslar qələbə qazanırlar. 1812-ci il dekabrın 21-də Lənkəran xanlığı ərazisinə daxil olan rus qoşunları əhalinin şiddətli müqaviməti ilə qarşılaşırlar

Dekabrın 31-dən yanvarın 1-dək qala uğrunda gedən qanlı döyüşlərdə 6000 nəfər döyüşçü və sərkərdə Sadıq xan qəhrəmancasına həlak olurlar. Bu döyüşlə bağlı ilk mənbələrdən birində belə deyilir: "Lənkəran qalasında qan su yerinə axırdı". Ruslar qalanı tutur və Lənkəran xanlığı da istila edilir.

Azərbaycanın bölüşdürülməsinin I mərhələsinin başa çatması. Rusların Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll edir, onların İranın içərilərinə doğru irəliləməsi reallaşır. Rusiyanın bölgədəki hərbi-siyasi müvəffəqiyyətlərindən və İranın içərilərinə doğru irəliləmək imkanlarının artmasından qorxuya düşən ingilis məsləhətçiləri şahı sülh müqaviləsi bağlamağa razı salırlar. Danışıqlar 1813-cü ilin əvvəlində başlayır. Oktyabrın 12-də İran tərəfdən Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən rus qoşunlarının baş komandanı Rtişşev Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalayırlar.



 
 
X

Чтобы скачать данный файл, порекомендуйте его своим друзьям в любой соц. сети.

После этого кнопка ЗАГРУЗКИ станет активной!

Кнопки рекомендации:

загрузить материал