- Учителю
- Новый Технологиях мотивация для учителей
Новый Технологиях мотивация для учителей
Coğrafiya ( γεωγραφία, yerin təsviri, γεια - Yer, torpaq və γραφειν - yazmaq, təsvir etmək) - təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.
İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.
Coğrafiya elmləri sisteminə həmçinin daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını,qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.
Tarixi
Əsas məqalə:
Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür.
-
Qədim dövür.
-
Orta əsrlər dövrü (-ər).
-
Böyük coğrafi kəşflər dövrü (-ər).
-
Müasir coğrafi tədqiqatlar dövrü.
Qədim dövr
İnsanlar qədim dövürlərdən başlayaraq ətraf əraziləri,onların təbii-coğrafi şəraitini,təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər.Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqaları tanımaq,onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi.İnsanların sayının artaması,müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. , , , , və dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.
Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması
Şumerdə tapılan ən qədim topoqrafik xəritə
Babilistanda çəkilmiş ən qədim xəritə
ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. və çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur. Şumerlərin ə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, çəkilir. Dört cəhətin olması fikri şumerlərə məxsusdur. Qədim Babilistana aid olunan (), hazırda muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində ,həmçinin kənarda və dövlətlərinin adları yazılmış.
Qədim Misirdə coğrafi biliklər
Qədim Misirlilərin öyrəndiyə ərazilər
Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar E.ə. XXIX əsrdə ə çatmış və keşmişdır. ı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki və ) çatmışdır.
E.ə. VII əsrin sonunda firon Misir- donanmasında boyu cənuba üzərək üç il ərzində ın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi da məlumat vermişdir.
Bisutun yazıları
Qədim İranda ətraf ərazilər haqqında məlumatlar
İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş böyük gücə malik idi. Böyük hakimiyyəti dövründə (-) , , , olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, onun tabeliyində olmuşdur. dövründə (-) farslar yaylası (qədim fars dilində Pa-i-maxr- allahı olan Mitra damı), , çayının yuxarı axarı, ın sağ sahillərindəki əraziləri tanıyırdılar. ın dövründə olan yürüşlər və zəfər qazndıqları ölkələr haqqında məhşur qalmışdır. Farsların məlumatları əsasında yazır:
"Xəzər daxili su hövzəsidir,heç bir dənizlə əlaqəli deyildir.Onun uzunluğu avarlı gəmidə 15 günlük.eni ən geniş yerdə 8 günlük yoldur".
Finikiya gəmisi
Finikiyada coğrafi biliklər
Finikiya dənizçiləri sahillərini öyrənmiş, ilk dəfə Atlantik okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar. Bəzi məlumatlarda finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda görmüşlər.
Qədim Hindistanda coğrafi biliklərin yaranması
Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan kitabında (Himinlərin elmi) poetik formada Sindxu () çayı və onun qolları təsvir olunur. Müqəddəs himinlər toplusu olan "" kitabında "Bxavana darza" (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun təsvirinə həsr edilmişdir. ın altıncı kitabının "Coğrafiya" bölməsində olan 300 şeirdə okeanlar,dənizlər,dağlar və çayların adı var. kitabında b.e.ə. III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.
Qədim Çində coğrafiyanın inkişafı
Çin kompasının modeli
Qədim Çin coğrafiyanın inkişaf etdiyi mərkəzlərdən biri olmaqla bərabər, həm də o dövrdə öyrənilən ərazilərin geniş olması, əkinçiliyin yaxşı inkişaf etməsi ilə fərqlənir. Qədim Çin mədəniyyəti e.ə. II-I minillikdə və çaylarının aşağı axınlarındakı düzənlikdə yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı enərək və sahillərini, ı və həmçinin adasını kəşf etmişlər.
E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin müəlliflərindən biri olan Çjan-Syan e.ə. 138-ci ildə Çin imperatoru tərəfindən ın Yeddiçaylıq (Semireçye-rus.) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu yolda Mərkəzi və Trans- yüksək düzənliklərində hökmranlıq edən əsir götürür. On il əsirlikdə qaldıqdan sonra Qaçmağa müyəssər olur. Mərkəzi ın hündür aşırımlarından keçib donmayan gölünün cənub sahilinə köçəri ın düşərgəsi olan - Çiqu şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə - Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min km. yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-Şan və Pamir, bu dağlardan başlayan və «Qərb dənizinə»-() tökülən Amu-Dərya və çayları haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II-I əsrlərin sərhədlərində Böyük İpək yolunun cənub qolu salınmışdır.
Tarixi məlumatlara görə e.ə. XI-VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan «hərbi» xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar.Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər «li» (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.
Antik coğrafiya
Qədim Yunanıstanda və Qədim Roma b.e.ə.I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəısində olmuşdur.Eyni zamanda iniyiə qədər gəlib çatan mənbələr göstərir ki,digər elmlərlə yanaşı burada "Coğrafiya" da yüksək inkişaf etmişdir.
Yunanıstanda "Coğrafiya" elmi
Hekateyin xəritəsi
B.e.ə XVI-XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont(Dardanel) və Bosfor boğazları artıq yunanalara məlum idi.Yunanalar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos,Kipr,Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar.
B.e.ə. VIII-V əsrlərdə yunanalar Aralıq dənizinin bütün sahillərinə yayıldılar.Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi deltaya (Δ) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar.Yunanalar Qara dənizinin şimal sahillərində və dənizin Qafqaz dağları ilə olan sahillərində 50-dən çox məntəqənin əsasını qoymuşdular.
Qədim Yunanıstanda təbiətşünaslığın əsasını (b.e.ə.VII əsrin sonu-VI əsrin ortaları)qoymuşdur.O,"üfüq","üfüqün cəhətləri" terminini ilk dəfə işlətmiş və o vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur.İlk belə xəritənin tərtib edilməsi(b.e.ə. 550 il) Falesin şagirdi ın adı ilə bağlıdır.O, "Dünyanın xəritəsi" və "Qlobus" traktatlarını yazmışdır.Miletli coğrafiyaçılar "qitələr" terminindən istifadə edərək "Asiya" və "Avropa"nı ayırmağa başladılar.Aneksimandrın müasiri olan Liviyanı (Afrika) da əlavə qitə kimi ayırmışdır.Hekatey dünyanın yunanalara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir.
özünün "Tarix" kitabında təkcə hadisələr haqqında deyil,həm də gəzdiyi ərazilərin əhalisi, təsərrüfatı, coğrafi təsviri haqqında da məlumat verir.
Yerin kürə şəklində olması əvvəlcə b.e.ə. VI əsrdə , sonra Eleyadan olan (b.e.ə. V-IV əsrlər) tərəfindən irəli sürülmüşdür. Bu fikirlər faktlarla təsdiq edilmirdi. Pifaqorun fikrinə görə kürə ideal formadır.Ona görə ilahi qüvvə bütün göy cisimlərinə belə ideal forma vermişdir.
Eratosfenin ölçü işləri
Yerin kürə şəklində olmasını Stargirdən olan məhşur filosof və Knidadan olan astronom (b.e.ə.IV əsr) sübut etmişdir. Şimaldan cənuba gedərkən ulduzların biri görünür, digəri üfüqdən gözdən itir. Bunu Yer səthinin əyri olması ilə izah etmək olar. Gəmilər açıq okeanda uzaqlaşdıqca üfüqdə əvvəlcə onların gövdələri, sonra isə tədricən dor ağacları gözdən itir. Aristotel ona diqqət yetirmişdir ki, tutulan zaman Yerin kölgəsi onun üzərində dairəvi görünür, dağlara qalxdıqca üfüqdə görünən ərazilər genişlənir. Coğrafiya terminini ilk dəfə (-194-cu illər) işlətmişdir. Eratosfeni çox vaxt "Coğrafiyanın atası" adlandırırlar. Alim özünün "Coğrafi qeydlər" kitabında Yerin təsvirini vermiş və məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. O Yerin kürə şəklində olması ideyasını qəbul edərək Misirin İsgəndəriyyə şəhərində ölçmə işləri aparmışdır. Eratosfen Yerin radiusunun 6310 km, 1°-lik meredian qövsünün 110 km olduğunu təyin etmişdir. Enliklərin dərəcələrlə hesablanmasını ilk dəfə Hipparx (b.e.ə 160-125) aparmışdır. O, ilk dəfə meridianı 180 dərcəyə bölmüş,xəritədə dərəcə şəbəkəsi çəkmiş, Yerin məskunlaşma hissəsində 12 iqlim, yəni enlik zonası ayırmışdır.
Antik coğrafiyanın ən mühüm ideyalarından biri Dünya okeanının vahidliyi haqqındadır. Bu fikiri ilk dəfə Aristotel söyləmiş, sonra Eratosfen tərəfindən inkişaf etdirilmişdir. O, deyirdi ki, "əgər Atlantik okeanının geniş suları mane olmasa, eyni paralel üzrə İberiyadan (Priney yarımadası) Hindistana üzüb keçmək olar". Bu dövürdə Cənubda olan torpaq sahələri Terra Australis İncognita (Naməlum Cənub Torpaqları) adlanmış və 1,5 min ilə yaxın sirr olaraq qalmışdır.
Qədim Roma imperiyasında "Coğrafiya" elmi
Yer kürəsinin Ptolomey tərəfindən çəkilmiş xəritəsi
Qədim Romada bir neçə iri həcimli "Coğrafiya" kitabları yazılmışdır.Bu kitablar hazırda da öz əhəmiyyətini saxlayırlar.Bu kitablardan birinin müəllifi olan (b.e.ə. 63-b.e 24) iki eranın qovşağında yaşamışdır. Strabon varlı və məhşur ailədən idi,yaxşı təhsil almışdı.Kiçik Asiyada yerləşən Amasiyadan olan Strabonun "Coğrafiya" əsəri 17 kitabdan ibarətdir."Coğrafiya" ilə yanaşı "Tarixi qeydlər" kimi fundamental əsərlər yaratmışdır.İkinci əsər dövrümüzə gəlib çatmamışdır.Kitabda Strabon o dövrdə məlum olan bütün ölkələr,onların tarixi,əhalisi,təsərrüfatı haqqında digər mənbələrdə olmayan məlumatlar verir.
Strabonun bu litabında ilk dəfə ın təbiəti,təsərrüfatı və əhalisi haqqında yazılı məlumat verilir.
Eramızın II əsrində Misirdə İsgəndəriyyə şəhərində yaşamış yunan alimi Klavdi (90-160) öz dövrü üçün fundamental əsər sayılan "Coğrafiya" kitabını yazmışdır.Kitab bir çox əsrlər boyu,yəni "İntibah" dövrünə qədər ölkələr və regionlar haqqında zəngin məlumat mənbəyi kimi istifadə etmişdir.Kitab 8 hissədən ibarətdir.Ptolemey həmdə Dünya xəritəsini tərtib etmişdir.Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya - Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur.Ptolomeyin xəritəsində dünyanın bir necə ölkələrdən ibarət olduğu görünür.
Orta əsrlər dövrü (V-XIV əsrlər)
Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.
Şərq ölkələrində "Coğrafiya"nın inkişfı
Piri Rəisin xəritəsi
Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi.Ərəb yaranması ərəblərin Ərəbistan yarımadasından bütün Yaxın və Orta Şərq ölkələrinə,Mərkəzi Asiyaya,Şimali Afrika və Cənubi Avropaya yayılmasına imkan vermişdir.VIII-IX əsrlərdə Ərəb Xilafətində elm və mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır.IX əsrdə İbn Xordadbəy(820-912)ərəbcə "Yollar və məmləkətlər haqqında kitab" əsərinin yazmışdır.Əsərin əsas məzmununu Bağdaddan şimala, Mərkəzi Asiyaya qədər və cənubdan-Hindistana qədər yolların təsviri təşkil dir.X əsrin məhşur səyyahı İbn Fadlan Volqa boyunda yaşayan bulqarlar və peçneqler,Qara dənizin şimalında yaşayan xalqlar haqqında zəngin məlumatlar verilmişdir.
Xərəzim şəhərində anadan olmuş (973-1048) "Astronomiya və ulduzlar haqqında Məsud Cədvəli" kitabında coğrafi koordinatların təyin edilməsi üsullarını izah etmiş,600-dən çox yaşayış məntəqəsinin enlik və uzunluq koordinatını vermişdir.Əl-Biruninin "Hindistan","İranın icmalı" əsərləri böyük maraq və əhəmiyyət kəsb edir.Əl-Biruni diametri 5 m olan qlobus hazırlamış,1°-lik qövsün uzunluğunu(111,6 km),Yerin meridian çevrəsinin uzunluğunu hesablamış(41500 km),onun Günəş ətrafında fırlanmasını söyləmişdir.O, Yerin fırlanma oxunun 29°34' olduğunu müəyyən etmişdir.Nəsrəddin Tusi(1201-1274)1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur.N.Tusi "Zic-Elxani" əsərində yaşadığı dövrdə məlum olan 256 şəhərin coğrafi kordinatlarını göstərmişdir.Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında də adını çəkmək olar.Bakuvi Yeri 7 iqlim qurşağına bölmüşdür.O,Azərbaycan və onun şəhərləri haqqında da məlumat vermişdir.Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlim qurşaqlarına aid edir.XVI əsrdə məşhur türk dənizçisi Atlantik okeanının Afrika sahillərində üzmüş,1513-ci ildə Atlantik okeanın dəqiq topoqrafik xəritəsini tərtib etmişdir.
Böyük coğrafi kəşflər dövrü(XV-XVII əsrlər)
Xristofor Kolumbun dörd səyahəti
Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli yüksəlişi ilə xarakterizə olunurdu.Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir.Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən və digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki - Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.
Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan və gəldi.
Hindistana yol axtaran Diaş Bartolomeu (1450-1500) ilk dəfə 1487-1488-ci illərdə Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmən burnu «Fırtına burnu» adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan «Fırtına burnu»nu «Ümüd burnu» adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi.
1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
Onun ikinci səyahəti (1493-1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü).
Üçüncü səyahəti (1498-1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.
Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi.
Dördüncü səyahəti zamanı (1502-1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır.
Varlı İspan gəmi sahibləri 1499-1500-cü illərdə iştirakı ilə cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər.
Vasko da Qamanın Hindistana səfəri
1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469-1524) başçılığı altında Hindistana ekspedisiya göndərir.Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş-qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə - Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dünya ticarəti tarixində də önəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı - Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.
Magellanın dünya səyahəti
(1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.
Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.
Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya Hollandiya şirkəti» bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizçilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir.
Müasir coğrafi tədqiqatlar dövrü
On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir.
(1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
Amudsen və Skotun Cənub qütbü marşurutu
1819-1821-ci illərdə Rusiya dövləti F.F.Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün - 28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.
XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir.Amerikalı (1856-1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur.
Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis (1868-1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar. Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.
Elmi ekspedisiyalar və coğrafi nəzəriyyələr
XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan - , , , və s. kimi görkəmli alimləri misal göstərmək olar.
Latın Amerikasına etdiyi ekspedisiyası
XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə aid 4 cildlik əsərlər nəşr etdirmişdir.
Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri (1779-1859) olmuşdur. Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı mühazirələrini bir çox görkəmli alimlər - isveçrəli A.Qyuye, fransız , rus və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək, çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik «Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi müqayisəli coğrafiya» adlı əsəri də var. Əsər böyük həcmli olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.
Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı (1783-1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem tərtib etmiş, «Təcrid olunmuş dövlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili - 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür.
Azərbaycanda coğrafiyanın inkişafı
Əsas məqalə:
İlk coğrafiya dərsliyinin müəllifi,Qafur Rəşad Mirzəzadə
Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, ın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı - XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir. (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı "Cənnət bağı səyahətləri", "Səyahət bağı" əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.
(1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, "Qəribə kəşflər" əsərini Amerika qitəsinin kəşf olunmasına - ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.
(1806-1861). Məkkə səfərini əks etdirən "Səfərnamə" adlı əsəri coğrafiya baxımdan qiymətlidir. Görkəmli maarifçi, təbiətşünas alım (1842-1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.
(1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun "Qafqaz coğrafiyası", "Ümumi coğrafiya", "Azərbaycan coğrafiyası", "Coğrafiya terminləri lüğəti", "Ümumi fiziki coğrafiya" adlı əsərləri respublıkamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.
(1896-1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə "Azərbaycan" kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur.
(1920-1991) coğrafiya elmləri doktoru, professor, Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, əraziistehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olmasıdır. O, Bakı Dövlət Universitetində geologiya-coğrafiya fakültəsi nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və həmin kafedranın müdiri vəzifəsində işləmişdir.
Respublıkamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublıkası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublıkamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir.
Coğrafiyanın vəzifələri və strukturu
Hal-hazırda coğrafiyanın əsas vəzifəsi coğrafi proqnozlar verməkdir.Coğrafi proqnozlar əvvəlki tədqiqatların nəticələrinə əsaslanaraq gələcəkdə (yaxın zamanda) baş verəcək coğrafi hadisələrin düzgün olaraq göstərilməsidir.Müasir coğrafiya elmləri nə və harada sualları ilə yanaşı nə üçün,nəyə görə suallarınada cavab verir.Coğrafiya təbii ehtiyatlardan istifadə edilməsi və onların mühafizə yollarını müəyyənləşdirir.
Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:
1.(təbiət elimləri).Fiziki coğrafiya özündə bir çox elmləri birləşdirir
2.(ictimai elimlər).Əhalinin,sənayeni,kənd təsərrüfatını,nəqliyyatı,müxtəlif xidmət sahələrini və s.tədqiq edən elimlərə ayrılır.
3.(texniki elmlər)-Çox vaxt Xəritəşünaslıq adlanan bu sahə aşağıda ki,elimlərlə six əlaqəlidir.
Coğrafiyanın tədqiqat metodları
Coğrafiyanın tədqiqat sahəsi, coğrafi mühitdə baş verən ümumi qanunauyğunları, tərkibini, onun inkişaf dinamikasını və ərazi üzrə differensiasiyasını öyrənməkdən ibarətdir.Coğrafiyanın tədqiqat metodları bunlardır:
-
Sistemli təhlil.
-
Statistik.
-
Kartoqrafik.
-
Sistemli yanaşma.
-
Riyazı.
-
Sorğu aparılması.
-
Tarixi materiallardan istifadə.
-
Balans.
-
Modelləşdirmə.
-
Qruplaşdırma.
-
Müqayisəli təhlil.
-
Çöl tədqiqatları.
Göstərilən metodlarla yanaşı, bütün fiziki - coğrafi tədqiqatlar üç mərhələdə aparılır:
-
Hazırlıq.
-
Çöl.
-
Kameral.
Coğrafiyanın başqa elimlərlə əlaqəsi
Coğrafiya elimlər sisteminin onunla əlaqədar elmlər arasında yeri.
Coğrafiya ilə yanaşı bir çox elimlər Yer kürəsini öyrənir.Buraya ,,, və s.daxildir.Bundan başqa coğrafiyanın yuxarıda göstərilən sahələri ayrı-ayrılıqda bir çox elimlərlə sıx əlaqəlidir.Coğrafiyaya ən yaxın elm sahəsi geologiyadır.Fiziki coğrafiyanın ,, və müxtəlif mövzularda bağlılığı var.Coğrafiyanın ekologiya və biologiya ilə ortaq sahələri var.Məsələn bitkilərin və heyvanların yayılmasını öyrənən elm sahəsi var:.Buraya və sahələri daxildir.Ekologiya elmi zatən hər bir sahədə coğrafiya ilə sıx bağlantıya malikdir.
İqtisadi və sosial coğrafiya ilk nöbvədə iqtisadiyyat və sosiologiya elmləri ilə əlaqəlidir.Bundan başqa ictimai elmlərdən,,(), iqtisadi və sosial coğrafiya ilə əlaqəlidir.
Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi:
-
(daimi donuşluğu öyrənən elm)
-
(buzlaqlar haqqında elm)
-
(gölləri öyrənən elm)
-
-
-
-
və s.