7


Diplomatik Terminler 11 ci sinif

Автор публикации:
Дата публикации:
Краткое описание:
предварительный просмотр материала

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



Əlyazması hüququnda




ŞAMSUDİNOVA LEYLA MOVLUDİN qızı



İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ PROSESİNDƏ MEYDANA ÇIXAN PROBLEMLƏRİN HƏLLİ YOLLARI


Ixtisaslaşma: HSM-020010-İngilis dilinin tədrisi metodologiyası və metodikası



MAGİSTRLİK DİSSERTASİYASI




Elmi rəhbər: dos. M. ƏLİYEV




BAKI - 2014


MÜNDƏRİCAT

GİRİŞ .......................................................................................................................3

I FƏSİL İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİNİN

NƏZƏRİ ƏSASLARI............................................................................6


1.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixi.................................6

1.2 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri................................20

II FƏSİL İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ

ÜZRƏ İŞİN SƏMƏRƏLİ TƏŞKİLİ...................................................30


2.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik

ingilis dili nümunəsində öyrənilməsi............................................................30

2.2 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində müəllimin rolu...............55

2.3 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili

yolları.............................................................................................................59


NƏTİCƏ.................................................................................................................63


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT..................................................................66


GİRİŞ


Mövzunun aktuallığı - Xarici dillərin içində ingilis dili ən geniş yayılmış dillərdən biridir. 1960-cı illərdən başlayaraq Ümumi İngilis dilinin öyrədilməsi tələbələrin və ya sahibkarların tələblərini ödəmədiyi üçün İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi anlayışının yaranmasına təkan oldu. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi ingilis dilinin xüsusi sahələrdə istifadəsi üçün tədris edilməsi və öyrənilməsidir.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi dilin müxtəlif ixtisas sahələrinə təsiri nəticəsində meydana gələn yeni dil tədrisidir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi proqramı həmçinin Xüsusi Sahələr üçün İngilis dili də adlanır. Bu proqram müxtəlif ixtisas sahələrinə aid kursları əhatə edir. Bu ixtisaslaşdırılmış dil kurslarına Menecerlər üçün İngilis dili (English Course for Managers), Elmi və Texnoloji İngilis dili (English for Science and Technology), Tibbi İngilis dili (English for Medical Purposes), Hüquqi İngilis dili (Legal English), Diplomatik İngilis dili (Diplomatic English), Aviyasiya üçün İngilis dili (English for Aviation), Akademik İngilis dili (English for Academic Purposes), Turizm üçün İngilis dili (English for Tourism), Biznes İngilis dili (Business English), Beynəlxalq Auditorlar üçün İngilis dili (English Course for International Auditors), İnsan resursları üçün İngilis dili () və sairə daxildir.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri içində Diplomatik ingilis dili dünyanın bir çox ölkələrində tədris edilir. Əvvəllər diplomatik sferada digər dillərdən istifadə edilsə də daha sonralar ingilis dilinin istifadəsi geniş vüsət aldı. Diplomatik İngilis dili müəyyən səviyyədə ingilis dili biliyi ilə yanaşı, eyni zamanda düzgün ifadə seçimini, diplomatik danışıq, yazı, oxu, dinləmə və anlama bacarıqlarını inkişaf etdirən mövzuları tərkibinə daxil edir. Diplomatik İngilis dili programında iştirak edən tələbələr burada xüsusi vurğu və tonlarla ingilis dilində danışa, öz fikirlərini aydın ifadə edə, həmçinin kütlə içində əminliklə təsirli danışıq bacarıqlarını inkişaf etdirəbilərlər. Praktik diplomatiya, diplomatik simulyasiyalar, ictimai diplomatiya, beynəlxalq əlaqələr, siyasət və ideologiya kimi sahələrdə uğurlu çıxışlar etmək istəyən diplomat Diplomatik İngilis dilinə yiyələnməlidir.

Tədqiqatın obyekti - İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi və onun sahələrdən biri olan Diplomatik İngilis dilidir.

Tədqiqatın predmetini ingilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik İngilis dili nümunəsində öyrənilməsi zamanı söz, söz birləşməsi təşkil edir.

Tədqiqatın məzmunu ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tədris olunan "Diplomatik İngilis dili" fənnindən ibarətdir.

Tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti ondadır ki, dissertasiyanın əsas mahiyyəti ingilis dili təhsili verən və ya ingilis dilinin köməkçi fənn kimi tədris edildiyi universitetlərdə istifadə edilməsidir. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi universitetlərdə istər humanitar, istərsə də texniki ixtisaslarda oxuyan tələbələrə və ya artıq həmin ixtisaslar üzrə çalışan şəxslərə akademik və peşəyönümlü cəhətdən tədris edilir.

Burada təqdim edilmiş məlumatlardan tərcümə mədəniyyəti ilə məşğul olan mütəxəssislər, eləcə də azərbaycanlı oxucular (ingilis dilində olan) orijinal əsəri oxuyarkən faydalana bilər, ingilis dilli və azərbaycan dilli insanların biri-biri ilə canlı ünsiyyət zamanı istifadə edə bilərlər.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin qarşısında duran məqsədlər tələbələrdə Diplomatik İngilis dilində bilik və bacarıqları inkişaf etdirmək, tələbələrə lazım olan Diplomatik İngilis dilinin söz bazasını öyrətmək, universitetdə keçirən Diplomatik İngilis dili fənninin təkmilləşdirilməsindən ibarətdir.

Bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçirilmişdir:

  • Elmi ədəbiyyatda mövzu ilə əlaqədar olan müddəaları nəzərdən keçirmək;

  • Tədqiqat işinin nəzəri bazasını və praktik dil materiallarını müəyənləşdirmək;

  • Tədqiqata cəlb edilmiş və ingilis dilində daha çox işlədilən diplomatik terminləri müəyənləşdirmək.

  • Diplomatik ingilis dilinin tədrisində lazım olan bilik və bacarıqları müəyən etmək.

Tədqiqat işinin metodları Dissertasiya işinin yazılmasında müsahibə metodundan, müşahidə metodundan istifadə edilmişdir. Araşdırmalar zamanı mövzu ilə əlaqədar dövrü mətbuat, elmi-praktiki konfranslarının metodoloji əhəmiyyət daşıyan müvafiq materialları istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Maqistr işinin yeniliyi ondadır ki, Azərbaycanda ilk dəfə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik İngilis dili nümunəsində öyrənilməsi konkret nümunələr əsasında tədqiqata cəlb olunur və Diplomatik İngilis dilində istifadə edilən terminlərin, ifadələrin müxtəlifliyi ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili yollarının müəyyənləşdirilməsinin vacibliyi göstərilir. Burada diplomatik ingilis dili materiallariı vasitəsi ilə beynəlxalq sferada tələbələrin diplomatik dil bacarıqları müəyyənləşdirilir.

Tədqiqatın aqrobasiyası. İş Azərbaycan Dillər Universiteti, «İngilis dilinin linqvo-didaktika » kafedrasında yerinə yetirilib. İşlə bağlı kafedra iclaslarında hesabat verilmişdir.

Nəşrlər. Dissertasiyanın əsas məzmundan bir bölməsi tezisdə əks olunmuşdur. Tezis kafedra iclasında müzakirə edilmiş, və 2013-2014-cü tədris ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin illik konfransda II yerə layiq görülmüşdür.

Dissertasiya işinin quruluşu və həcmi: Dissertasiya giriş, iki fəsil, yekun nəticə, və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Magistr işinin ümumi həcmi 70 səhifə, istifadə edilmiş ədəbiyyatın sayı isə 50-dir.


I FƏSİL


İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİNİN NƏZƏRİ ƏSASLARI


1.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixi


İngilis dili dünyada ən çox maraq göstərilən dillərdən biridir. Hazırda ingilis dili demək olar ki, bütün ölkələrdə milyonlarla insan tərəfindən danışılır və müxtəlif məqsədlərlə istifadə edilir. İlk əvvəllər ingilis dili xarici yaxud da ikinci dil kimi öyrənilirdi, burada ingilis dilinin öyrənilməsində əsas məqsəd qarşılıqlı ünsiyyəti təmin etmək və məhz həmin dildə ünsiyyət qurmağı bacarmaq idi. Ona görə də Ümumi ingilis dilinin öyrənilməsi daha çox məşhurlaşmışdı. [10, 3]

Ümumi ingilis dilinin öyrədilməsi programı demək olar ki, son dörd onillik ərzində universitetlərdə müxtəlif sahələr üzrə tədris olunub. Ümumi məqsədlərlə ingilis dilinin öyrədilməsinin tədris programına xarici dildə ümumi bilik və bacarıqlarının öyrədilməsi, dil səviyyəsinin artırılması kimi məsələlər daxildir. Halbuki İngilis dilinin profesional cəhətdən öyrədilməsi hesab olunan İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi ümumi məqsədlərlə eyni məzmunlu deyildir. İndi artıq bir çox universitet məzunları öz ixtisaslarını bilməklə yanaşı, həmin bilikləri xarici dillərdə, xüsusilə ingilis dilində elmi cəhətdən izah etməyi bacarmalıdırlar. Bəzi səbəblərə görə məzunların bir hissəsi xarici dili peşəyə aid və yaxud peşəyönümlü tapşırıqlara lazımı şəkildə tədbiq edə bilmirlər. Bu da, əlbəttə, peşələrə uyğun ünsiyyət bacarıqlarının tədbiqində uğursuzluğa səbəb olur. Bu sahəni araşdıran metodistlər xüsusi məqsədləri əsas götürərək ingilis dilini peşəyönümlü məqsədlərdə tələbələrin istifadə etməsi üçün peşələrə aid xüsusi program hazırlamaq qərarına gəldilər. [8, 7]

Dilə yiyələndikcə öyrəncilər ingilis dilini müxtəlif sahələrdə işlətməyə başladılar. Beləliklə dilin öyrədilməsində yeni sahə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi meydana gəldi. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinə (ESP) məqsədi İngilis dilini xüsüsi sahələrdə istifadə etmək olan tələbələrin, öyrəncilərin İngilis dilinin ikinci yaxud xarici dil kimi öyrədilməsi və öyrənilməsi aiddir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ilk illərdə kommersiya və texnologiya sahələri daxilində ünsiyyət yaradılması ehtiyacının ödənilməsində geniş şəkildə yayılmışdı. Bu zaman İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin bir sıra sahələri formalaşmağa başladı. [30, 5]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi dilin müxtəlif ixtisas sahələrinə təsiri nəticəsində meydana gələn yeni dil tədrisidir. Bu sahəyə dair müxtəlif fikirlər irəli sürülmüşdür. Bütün bu fikirləri ümumiləşdirərək İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsini 4 tarixi inkişaf xronologiyasına bölə bilərik: erkən dövr (1960 - 1981), yaxın keçmiş (1981 - 1990), müasir dövr (1990 - 2011), gələcək dövr (2011-dən indiyədək və sonrakı illər).

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi kursunun mahiyyəti tələbələrin xüsusi dil biliyi ehtiyaclarına əsaslanır. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinə dair kurslar tələbələrin ingilis dilində bilməsi lazım olan dil səviyyəsi, bacarıq, və müxtəlif bu kimi sahələrə, buna uyğun xüsusi fəaliyyətlərə diqqət edirlər. Adətən İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsində tələbələr yetkin öyrəncilər olur. Tələbələr yalnız dil öyrənmə bacarığına görə deyil, həmçinin öyrənmə mənqədlərinə görə eynitipli və müxtəliftipli qruplara daxildir.[30, 8]

Bildiyimiz kimi İngilis dilinin mənimsənilməsi, öyrənilməsi və tədrisi üçün ən əsas fərqlər öyrəncilərin və onların öyrənmə məqsədlərindən asılıdır. İngilis dilini xüsüsi məqsədlərlə öyrənən tələbələr adətən İngilis dili ilə artıq tanışlığı olan yetkin insanlardır və onlar dili profesional bacarıqlarını nümayiş etdirə bilmək üçün, işlə bağlı funksiyalarda icra etmək üçün öyrənirlər. Ona görə də İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi programı tələb olunan İngilis dili xüsüsi məqsəd və ehtiyacların qiymətləndirilməsi üzərində qurulmuşdur. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi qrammatika və dil strukturlarının öyrədilməsindən daha çox dili müəyyən və müxtəlif məzmunlarda öyrənir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi mühasibatlıqdan və ya kompüter elmlərindən tutmuş turizm və biznes idarəçiliyinədək sahələri əhatələyir və özündə cəmləyir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində əsas məqsəd İngilis dilini tələbələrin, öyrəncilərin real dünyadan ayrı bir fənn kimi tədris etmək deyil. Tam əskinə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi tələbələr üçün lazımlı, vacib sahələrlə əlaqədar olan fənlərə inteqrasiya etməli və onlarla bütövlük təşkil etməlidir.

Lakın İngilis dilinin ikinci dil kimi öyrədilməsi və İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi yalnız tələbələrin xüsusiyyətlərindən, məqsədlərindən asılı deyil, həmçinin buradakı təlimatların məqsədindən də asılıdır. Bu məqsədlər normalardan kənara çıxa bilər, yəni bu deməkdir ki, bu məqsədlər biri digərlərindən fərqlənə bilər. Əslində bir qayda olaraq ikinci dil kimi İngilis dili tədrisi dinləmə, oxu, danışıq və yazı kimi bütün dörd dil bacarıqlarını özündə bərabər şəkildə vurğuladığı halda, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində isə tələbatların təhlili ilə tələbələr üçün ən çox lazım olan dil bacarığı məyyən edilir, və tədris programı ona uyğun olaraq tərtib edilir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi programı biznes idarəçiliyi sahəsini öyrənən və bu sahəni bitirməyə hazırlaşan tələbələrdə oxu bacarıqlarını inkişaf etməsini nəzərə çarpdıra bilər, yaxud da bu program turizm sahəsini araşdıran və gələcəkdə turist bələdçiləri olmaq istəyən tələbələrin danışıq bacarıqlarının inkişafına kömək edə bilər. [20]

Həqiqətən də İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi fənlərin mahiyyətini, məzmununu və İngilis dili tədrisini özündə cəmləyir. Belə bir birləşmə və yaxud kombinasiya olduqca motivəedicidir, çünki tələbələr İngilis dili dərslərində öyrəndiklərini mühasibatlıq, biznes idarəçiliyi, kompüter elmləri, turizm, tibb, aviasiya, diplomatiya və sair bu kimi əsas tədris sahələrinə tədbiq edə biləcəklər.

Təbii olaraq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində tələbələr öz ixtisas sahələri üzrə səriştələrini, həmçinin İngilis dilini mənimsənilməsində bilik, bacarıq və vərdişlərini inkişaf etdirirlər. Əlbəttə, hər şeydən əvvəl tələbələrin özünəməxsus ixtisas sahələrində dərin biliklərinin olması vacibdir. İxtisas sahəsində biliklərin olması onlara gələcəkdə həmin sahədə işləyəndə bu bilik və bacarıqlardan səmərli şəkildə istifadə etmələrinə şərait yaradacaq. Tələbələr nisbətən zəif dil səviyyəsinə malik olsalar da, ixtisas sahəsində biliklərinin olması onlara fənnin məzmununu anlamağa imkan verəcəkdir. İngilis dilini xüsüsi məqsədlərlə öyrənən siniflərdə, kurslarda tələbələrə onların oxuduqları, öyrəndikləri ixtisaslarla əlaqədar məzmunun ingilis dilində necə ifadə edildiyi göstərilir. Əgər burada terminlərlə müəyyən çətinlik yaranarsa, İngilis dilini xüsüsi məqsədlərlə tədris edən müəllim tələbələrin ixtisas biliyindən maksimal dərəcə istifadə edərək terminlərin izahını verə bilər ki, bu da nəticə etibarı ilə onların ingilis dilini sürətli öyrənməsinə kömək olacaqdır.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində işlədilən "xüsusi" termini İngilis dilinin tədrisində nəzərdə tutulan müxtəlif xüsusi məqsədlərə aid edilir. Tələbələr, yetkin dil öyrənciləri artıq onlara məlum olan və aid olan sahələr vasitəsi ilə ingilis dilinin öyrənilməsinə başlayırlar. Bu o deməkdir ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sinifində tələbələr öyrəndiklərini dərhal öz araşdırmalarında və yaxud işlədikləri sahədə istifadə edə bilirlər. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi yanaşması yetkin dil öyrəncisinin öyrəndiklərinin aktuallığını artırır və onlara artıq bildikləri ingilis dili biliklərinin daha da inkişaf etdirməsinə şərait yaradır. Bu da öz növbəsində onlara gələcəkdə, xüsusilə öz sahələrinə aid yeni məlumat əldə etməyə və təcrübəli mütəxəsislərlə qarşılıqlı ünsiyyət qurmağa maraq, həvəs yaradacaq, onları bu işdə nailiyyət əldə etməyə motivə edəcək. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi dünyadakı dil biliyi tələbatlarını qiymətləndirir və özünə motivasiya, xüsusi fənn, xüsusi məqsədlər və onlara müvafiq dil bacarıqların öyrədilməsi məzmunu kimi anlayışlarını daxil edir. [20, 2]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi həm yeni, həm də aktual sahədir. Müəyyən və ya istənilən dil tədrisindəki kimi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi də dil təliminin əsas sahələrindən biri hesab olunur. Lakin İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi araşdırıldıqca burada "hansı xüsusi məqsədlər movcuddur?", "deyilən xüsusi məqsədlərə uyğun xarici dili necə öyrənmək olar?", "xarici dildə nəyi öyrənmək lazımdır?" kimi suallar meydana çıxdı. Bu artıq xarici dil tədrisində fərqli yanaşma idi. Bu yanaşma əksəriyyət tərəfindən maraq göstərilən xüsusi dil tələbatının tərkibini, onun nəzərə çarpılan, olduqca vacib xüsusiyyətlərini özündə cəmləyirdi. [24,3-4]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ümumiyyətlə İngilis dili tədrisində müstəqil dil tədrisi sahəsidir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi haqqında tədqiqatlar Tədbiqi Dilçilikdə araşdırılan tədqiqatların əsas komponenti kimi tanınır. Hatçinson və Uoters İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsini fənn anlayışından daha çox yanaşma anlayışı kimi qəbul edirdilər və bununla da onlar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin heç bir dilə, tədris materiallarına və ya yaxud hər hansı metodologiyaya aid olmağınını göstərirdilər. Onlar təklif edirlər ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin əsası - "Tələbəyə xarici dili öyrənmək niyə lazımdır?" sualı idi. Bu sualın cavabına tələbələr, lazım olan, tələb olunan dil və təlimin məzmunu kimi anlayışlar daxildir. Beləliklə, bunlar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində vacib tələbatları formalaşdırır. Həmin tələbatlər tələbənin İngilis dilini nə üçün öyrənməsi, tədris prosesinin iş və ya təhsil məqsədlərindən fərqlənməsi ilə müəyyən edilir. Məhz bu məqsədlər öyrədiləcək dilin müəyyən edilməsi üçün əsas müddəalardır. Onlar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi metodologiyasının iki aspektini xüsusi vurğulayırlar:

1) İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi tədris qaydalarına və peşələrə uyğun metodologiya ilə əks etdirilməlidir;

2) İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesində tələbə və müəllim arasındakı qarşılıqlı ünsiyyət Ümumi ingilis dili tədrisindən fərqli ola bilər. [18, 4]

Robinsonun İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi haqqında fikirləri 2 mühüm kriteriyaya əsaslanır: 1) İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi məqsəd-yönümlü tədrisdir; 2) İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi kursları mütəxəsislər tərəfindən eyni xarakterli siniflərdə yetkin tələbələrə keçirilməsini nəzərdə tutur. [31, 3]

İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi programlarının uğurla hazırlanılmasında və formalaşdırılmasında sosial-siyasi məsələlər həlledicidir. Bu sosial-siyasi məsələlər 3 aspekt ilə əlaqəlidir: 1) ingilis dilinin qlobal dil kimi yayılması; 2) dil və təhsildə dil siyasəti; və 3) kurrikulum innovasiyası və yenilik. Bu aspektlər İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi, öyrənilməsi və tədqiqatına təsir edir.[26, 45]

Dövlətlər və xalqlar arasındakı qarşılıqlı əlaqələri daha da dərinləşdirən və genişləndirən qlobal prosseslər, praktiki olaraq insan fəaliyyətinin bütün sahələrinə təsir edir. "Qlobal dil" terminini dilçiliyə ilk dəfə görkəmli ingilis linqvisti Devid Kristal gətirmişdir. Devid Kristal belə hesab edirdi ki, hər hansı bir dilin "qlobal dil" statusunu alması üçün onun bir çox ölkələrdə aparıcı, hakim mövqedə olması vacib şərtdir. Daha sonra Devid Kristal bu statusu əldə etməyin üç yolunu və ya dilin qloballaşması üçün vacib olan üç müxtəlif funksiyanı göstərir. Birincisi, bir çox ölkələrin dövlət dili olmaq funksiyasıdır. Yəni, hər hansı bir dil "qlobal dil" statusunu əldə etmək üçün eyni zamanda bir neçə ölkənin ya əsas dövlət dili, ya da ikinci dövlət dili olmalıdır. İkincisi, bir çox ölkələrdə dil rəsmi status əldə edərək dövlət qurumlarında, hüquqi sistemlərdə, reklamlarda, kütləvi informasiya vasitələrində, təhsil sistemində geniş şəkildə yayılır. Bu halda dil ikinci dövlət dili səviyyəsinə yüksəlir. Bəzən onun tədrisi hətta ana dili ilə bərabər ibtidai siniflərdən başlanır. Bu zaman xarici dil həmin dövlətdə yeganə rəsmi dil və ya yarımrəsmi dil ola bilər. Dilin qloballaşmasının üçüncü mərhələsi isə dövlətin təhsil siyasəti ilə bağlıdır. Belə ki, dilin heç bir rəsmi status almamasına baxmayaraq, o həmin ölkədə xarici dil tədrisində üstün mövqeyə malik olur. [4, 25]

Belə qloballaşma prosesi İngilis dilinin istifadəsində və statusunda dəyişikliklərlə nəticələnir. İngilis dilinin geniş şəkildə yayılması İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinə təsir edən bir sıra digər problemləri irəli çəkir. Bu problemlərə yerli dil daşıyıcısının daxili dairələrə təsir edən Kaçrunun 3 dairə modelinin (inner circle, outer circle, expanding circle) yenidən qiymətləndirilməsi, ingilis dilinin mənimsənilməsi, ingilis dilinin mühafizəkar funksiyası, ingilis dilinin yeni variantlarının, hər iki yerli variantlarin və beynəlxalq inglis dili və lingua franka kimi inglisi dilinin inkişaf edtdirilməsi, Qərb dəyərlərinin və mədəniyyətinin yayılması, ingilis dilin genişlənməsinin idarə edilməsi yaxud da təbliği aiddir. [26, 45-46]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi son 40-50 il ərzində formalaşaraq bugünki İngilis dilinin xarici dil kimi tədrisinin ən əsas sahələrindən birinə çevrilmişdir. Beynəlxalq biznes bazarının inkışafından yaranan tələblərlə əlaqədar bir sıra müəssisələr, o cümlədən universitetlər öz üzvlərini, kadrlarını məlumatlandırmaq, bilikləndirmək üçün İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi kurslarının təşkilinə başladılar. Öz ixtisas sahələrinin texnologiya və beynəlxalq inkişaf ilə bərabər addımlaması üçün universitet məzunları artıq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsində kommunikativ bacarıq əldə etməyi vacib məsələ kimi qəbul ediblər. Belə ki, bu kommunikativ ehtiyacları, tələbatları ödəmək üçün universitet, kollec kimi müəssisələr olduqca xüsusi akademik və peşəyönümlü sahələrə dair İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin yeni tədris programlarını tərtib etməyə çalışdılar. Bura mühəndislik, tibb, hüquq, turizm, biznes, diplomatiya və sair bu kimi sahələri daxil etdilər. Buna görə də İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi programları ölkələrin milli ingilis dili tədrisi kurrikulumuna daxil edildi. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi programlarının əksəriyyəti məzmun cəhətdən tələblərə uyğun olaraq elə tərtib olunur ki, İngilis dilini xüsüsi məqsədlərlə öyrənən tələbələrin dil tələbatlarını, ehtiyaclarını qarşılaya bilsin. İxtisaslaşmış universitet məzunları ilk əvvəl ümumi ingilis dilində bilik və bacarıqlara sahib olmalı, daha sonra özünəməxsus peşə sahələrində müvəffəqiyyətli ünsiyyət yaratmağı bacarmalıdırlar. Son onilliklərdə İngilis dilinin ya iş yerlərinin tapılmasında, ya da karyerada, rütbədə yüksəliş əldə etməkdə, ingilis dili tədrisi strategiyalarını müxtəlif peşə sahələrində tədbiq etməkdə, yaxud da irimiqyaslı araşdırmalar, tədqiqatlar aparılmasında zəruri vasitəyə çevrilməsi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin məşhurlaşmasına və geniş sürətdə yayılmasına səbəb olmuşdur. [8, 8]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi elm və texnologiyanın inkişafı ilə, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar olaraq daha da təkmilləşmişdir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi, ümumiyyətlə bu anlayış İngiltərə, ABŞ, Sinqapur kimi ölkərdə uzun illər formalaşmışdır. Bu ölkələrdən başqa Azərbaycanda, Rusiyada, Türkiyədə və digər bu kimi ölkələrə də inteqrasiya etmişdir. Bəzi sahələr və ölkələr üçün İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi naməlum, digərləri üçün isə mənimsənilmiş ola bilər. Buna baxmayaraq ümumi nöqtəyi nəzərdən İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi hələ də tam olaraq öyrənilməmiş, işlənilməmiş sayılır. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi dil tədrisində yeni sahədir. Lakin yeni sahə olmasına baxmayaraq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin bir o qədər də əsaslı tarixi vardır. Əlbəttə illər əzində formalaşıb inkişaf edən bu yeni sahə dil tədrisində, dilin digər elm sahələrinə daxil olmasında xüsusi əhəmiyyəti vardır.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixi ilə bağlı araşdırmaları nəzərdən keçirərkən ən azı 3 məsələni qeyd etmək lazımdır. Burada birinci məsələ İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi anlayışının nə zaman meydana gəldiyinin müəyyən edilməsidır. Əlbəttə, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin uzun inkişaf tarixi vardır, lakın bu sahədə ilkin araşdırmalar elə də uzaq tarixdə deyildir. Belə ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi bir sıra xarici müəlliflər, xüsusilə Con Sveylz tərəfindən araşdırılmışdır və İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tədqiqat tarixi 1960-cı ilin əvvəllərindən başladığı müəyyən edilmişdir. [34,10] İkinci məsələ daha mürəkkəbdir. Belə ki, indi bu sahədə aparılan tədqiqatların böyük bir hissəsinin beynəlxalq jurnallarda nəşr edilməsinə, İngilis dilinə dair konfranslarında müzakirə edilməsinə baxmayaraq əvvəllər yerli xarakter daşıyırdı. Yəni İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi anlayışı bir sıra sahələrə yenicə daxil olduqda bu sahə haqqında ingilis dilindən başqa, ölkələrin öz dilində araşdırmalar aparılır və yerli jurnallarda bəhs edilirdi. Bu da İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsnin inkışafina maneə idi. 2006-ci ildə Akademik Yazı Tədrisi üçün Avropa Assosasiyasının keçirtdiyi konfranslarda bu mövzü ilə bağlı müzakirələr oldu və bunun nəticəsində sonralar beynəlxalq dil olan ingilis dilində İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi haqqında bəhs edilən "The Asian ESP Journal", "ESP World", "The international journal of English for Specific Purposes" kimi elmi-metodik jurnallar nəşr olunmağa başladı. Üçüncü məsələ isə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin tədqiqat və təcrübə anlayışları arasında görünən fərqləri qarşı-qarşıya qoyur. Nəzəri və tədbiqi linqvistikadakı bir sıra digər tədqiqat sahələrindən fərqli olaraq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi dil tələbatlarına uyğun müzakirələrin aparılmasına, bu sahənin inkişafına həsr olunan elmi-təcrübi hərəkat kimi formalaşmışdı. [30, 17-18]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində nəzəriyyə və praktika müxtəlif ölkələrə əsasən bir-birindən fərqlənir. Belə ki, Tom Hatçinson və Alan Uoters İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin inkişafını 5 əsas mərhələyə bölürlər. Bunlara aşağıdakılar daxildir:

1) jurnalların təhlilində istifadə edilməsi - burada tələbələr yeni tərübələrlə tanış olurdular;

2) diskursun təhlilində işlədilməsi - burada müxtəlif növ mətnlərə aid materiallar geniş istifadə edilirdi;

3) dilin situasiyalarda işlədilməsi (kommunikativ yanaşma) - bu yanaşmaya əsasən xüsusi metodika, tələbə tələbatlarına uyğun motivasıya növləri müəyyən edilirdi;

4) dilə aid bilik və stategiyalarının inkişaf etdirilməsi - bura düşünmə prosesinə aid məsələlər, yəni məzmundan sözlərin mənasının tapılması, mətn növlərinin müəyyən edilməsi və sair daxildir;

5) xarici dilin öyrənilməsinə əsaslanan proseslərin araşdırılması - bu yanaşma akademik məqsədlələrlə ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin nəzəri əsaslarını təşkil edir. [24, 15]

Həmçinin onu qeyd etmək lazımdır ki, ümumi ingilis dilinin öyrədilməsi tələbələrin və ya sahibkarların tələblərini ödəmədiyi üçün 1960-cı illərdən başlayaraq İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi anlayışının yaranmasına təkan oldu. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi ingilis dilinin xüsusi sahələrdə istifadəsi üçün tədris edilməsi və öyrənilməsidir.İlk əvvəllər bu sahənin metodik jurnallarda aparılan təhlilləri İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi kursunun tərtibi üçün yeganə mənbə idi. Buna baxmayaraq yalnız metodik jurnal təhlillərinin istifadə edilməsi ilə tədqiqatçılar əldə etmək istədikləri məqsədlərə nail olmurdular. Yeni təkliflər müvəffəqiyyətsizliklərin öhdəsindən gəlmək üçün irəli sürüldü. Beləliklə, sonralar təhlillərin əsas məqsədi İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi kursunun tərtibatında idarəedici mövqe tutdu.[29,11]

İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi bir çox tədqiqatçılar tərəfindən araşdırılırdı, onlar arasında Toni Dudley-Evans və Maggi Conun bu sahəyə aid araşdırmaları dünyada olduqca məşhurdur. Onların fikrincə İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi yalnız ingilis dili ilə müəyyən dərəcədə tanış olan şəxslərə tədris oluna bilərdi. Hər iki mütəxəsis İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin tərifini bele vermişdilər: "İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi dünyada baş verənlərin anlama dilidir." Onların İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi haqqında bu tərifi "Developments in ESP" adlı kitablarında öz əksini tapmışdır. [18, 15]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəyyən qaydalara uyğun dil tapşırıqları ətrafında mərkəzləşib. Hatçinson və Uotersin fikrinə görə bütün dil tədrisi prosesində İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi məzmun və metodologiya baxımından tələbənin öyrənmə səbəbinə əsaslanan yanaşmadır. [24,19] Bununla əlaqədar olaraq Dyudli-İvans demişdir ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi dilə həmişə müəyyən bir xüsusi ixtisas və ya qayda ilə çərçivələnməyə də bilər, buna misal olaraq Hüquqi İngilis dili, Diplomatik İngilis dilini göstərmək olar. [19,15]

Dünyada müxtəlif ixtisaslarda təhsil alan tələbə qrupları üçün dil biliyi tələbatları kimi dil tədrisinə aid məsələlərdə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi (ESP) fənni o zaman üçün yenilik oldu. 1960-ci ilin əvvəllərindən başlayaraq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsi ingilis dilinin öyrədilməsində əsas inkişaf etmiş sahələrdən birinə çevrildi. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin inkişafı bir sira sahələrə də təsir etdi. 1977-ci ildə Strevens, 1980-ci ildə isə Robinson İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin mənasını və nəzəri vəziyyətini araşdırdılar. Coffey 1985-ci ildə Strevensin işini yenidən nəzərdən keçirtdi və İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsini ümumiyyətlə kommunikativ dil tədrisinin əsas hissəsi kimi müəyyən etdi.[14,3]

Bəşəriyyət tarixində bir sıra inqilabi inkişaflar kimi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi də planlaşdırılmış, məntiqi şəkildə uydurulmuş və ya düşünülmüş bir yenilik deyildi. Daha doğrusu İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi anlayışı bir-biri ilə əlaqəli sahələrdə olan yeni ideyaları, fikirləri daha da inkişaf etdirən hadisə idi. Bu ideyalar dünya ətrafında müxtəlif şəkildə meydana gəlmişdi və bir sıra metodistlər tərəfindən araşdırılmışdır. Tom Hatçinson və Alan Uoters İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin 3 əsas yaranma səbəbini müəyyən etmişdilər: 1) yeni dünyanın tələbləri, 2) linqvistikada və ya dilçilikdə yenilik, və 3) yeni öyrənci istiqaməti. Onların fikrincə bir neçə tarixi hadisə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin inkişafına səbəb olmuşdu. Bunlardan biri özü ilə irihəcmli dəyişikliklər gətirən II Dünya müharibəsi, digəri isə 1970 ci illərdə baş verən Neft krizesinin təsirləri idi. İkinci Dünya müharibəsinin sonu 1945-ci ildə beynəlxalq miqyasda elmi, texniki və iqtisadi fəaliyyətlərin sürətlə və tayı-bərabəri olmayan şəkildə yayılması yeni sahələrin yaranma əsrinin, dövrünün müjdəçisi oldu. Bu hadisə özünün daimi inkişafda olması səbəbindən tezliklə beynəlxalq dilə tələb yaradan iki qüvvə - texnologiya və ticarət tərəfindən vahid və dominant dünya anlayışını yaratdı. Müxtəlif səbəblərə görə xüsusilə böyük iqtisadi gücə malik ölkələrin təsiri ilə İngilis dili dominant dilə çevrildi və dünyada baş verən hadisələrin təsirindən müəyyən faktorlara əsasən xarici dilin tədrisində İngilis dili insanların əsas tələbatlarına daxil oldu.[24,6] İkinci səbəb linqvistika sahəsində saysız yeniliklərin edilməsi idi. Artıq yenilikçi tədqiqatçılar dilçilikdə elmi linqvistikadan diqqətlərini dilin real ünsiyyət prosesində təsviri məsələlərinə yönəltmişdilər. Ümumi İngilis dili kurslarına ehtiyacın artması ilə eyni zamanda xüsusi dil təlimi tələbləri, xüsusi məqsədlər və sahələr üçün təsirli yeni ideyalar dil tədrisində meydana gəlməyə başladı. Ənənəvi olaraq dilçiliyin məqsədi İngilis dilinin qrammatik, fonetik və digər işlədilmə qaydalarını təsvir etmək idi. Halbuki yeni sahələr diqqəti dilin formal istifadəsindən real mühitdə ünsiyyətinə çəkdi. [36, 37] İngilis dili tədrisində məsələn Ticari ingili dili və Mühəndis ingilis dili kimi sahələr fərqli dil tədrisi yanaşmasını tələb edirdi. Qısaca olaraq deyə bilərik ki, bu yanaşmalar müəyyən qrup dil öyrəncilərinə lazım olan ingilis dili bacarıqlarını onların xüsusi tədris sahələrinə aid linqvistik xüsusiyyətlərinin təhlili ilə müəyyən etmək olar. "Mənə İngilis dilini nəyə görə lazım olduğunu de, və mən sənə faydalı olacaq İngili dilini deyim" prinsipi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin aparıcı prinsiplərindən birinə çevrildi. Üçüncü səbəbə isə tələbələrin İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinə dair dil öyrənmə ehtiyacları daxildir. Təhsil psixologiyasında yeni inkişaflar həmçinin tələbələrin ümumi maraqlarının və onların təlim prosesinə münasibətlərinin nəzərə çatdırılması İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin meydana çıxmasına kömək oldu. Tələbələrin İngilis dilinin xüsüsi məqsədlərlə öyrənilməsində müxtəlif tələb və maraqları vardır ki, bu da onlara öyrənmə prosesində həvəsli olmalarına böyük təsiri oldu. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin inkişafı məhz bu 3 səbəblər vasitəsi ilə reallaşdı. [24,7-8]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixi həmçinin Con Sveylzin tədqiqatları ilə əhatələnib. O öz kitabında belə bir fikir irəli sürmüşdü: "Hər zaman Elmi və Texnoloji İngilis dilinin inkişafı üzrə nəzəri müzakirələrdə dilin təhlilinə və müxtəlif dil tədrisi materiallarına dair yeni ideyalar meydana gəlir." Con Sveylz Elmi və Texnoloji İngilis dilinin inkişafı anlayışını işlədərkən ümumilikdə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin inkişafını nəzərdə tuturdu. [33, 9]

1988-ci ildə Strevens İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsini onun mütləq və müvəqqəti (dəyişkən) xüsusiyyətlərinin təhlili ilə müəyyən etdi. Strevensin irəli sürdüyü İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi haqqında olan tərifi 4 mütləq və 2 müvəqqəti (dəyişkən) xüsusiyyətləri səciyyələndirir.[21] Strevensin İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi xüsusiyyətləri aşağıdakılardır.

1. Mütləq xüsusiyyətlər.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi bu xüsusiyyətlərə görə İngilis dili tədrisinə daxildir:

  • tələbələrin xüsusi ehtiyaclarını qarşılamaq üçün tərtib edilib.

  • müəyyən qayda, peşə və fəaliyyətə aid mövzularla əlaqəlidir.

  • həmin fəaliyyətlərə uyğun sintaksis, leksika, diskurs, semantika, diskursun təhlili və bunlara aid dil tədrisi mövzusu ətrafında mərkəzləşib.

  • Ümumi İngilis dili ilə ziddiyyət təşkil edir.

2. Müvəqqəti xüsusiyyətlər.

Bu xüsusiyyətlər İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinə daxildir, lakin bunlar bir o qədər əhəmiyyətli deyil.

  • öyrəniləcək dil bacarıqları ilə məhdudlaşıb, məsələn: yalnız oxu və ya yazı bacarıqları.

  • əvvəlcədən müəyyən edilmiş metodologiya ilə tədris edilməməsi.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi birliyi Aizu Universitetində Xüsüsi məqsədlərlə İngilis dilinin öyrədilməsinə aid birinci Yapon Konfransını keçirtdi. Bundan başqa İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin nə demək olduğuna dair son 30 ildə artıq kifayət sayda debatlar keçirilir. [27, 1-2] Yaponiya konfransında əsas spiker olan Toni Dyudli-Evans Strevens tərəfindən əvvəl müəyyən edilən İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi xüsusiyyətlərinə müəyyən əlavələr və dəyişiklər etdi:

1. Mütləq xüsusiyyətlər:

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi tələbələrin xüsusi ehtiyaclarını qarşılamaq üçün müəyyən edilib.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəyyən qaydada olan fəaliyyət və metodologiyadan istifadə etməyə vadar edir.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi dilə yəni onun qrammatikasına, leksikasına, strukturuna, dil bacarıqlarına, diskurs və janrlara uyğun fəaliyyətlərdə mərkəzləşir.

2. Dəyişən xüsusiyyətlər:

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi xüsusi qaydalarla əlaqələndirilə bilər və yaxud xüsusi qaydada tərtib edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi Ümumi İngilis dilindən fərqli metodologiya ilə xüsusi tədris situasiyalarında istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi üçüncü dərəcəli müəssisələrdə və ya profesional iş situasiyasında olan yetkin tələbələr üçün tərtib edilib. Bunlarla yanaşı bu sahə ixtisas fənlərini keçən tələbələr üçün də istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ümumiyyətlə orta (intermediate) və yaxud yüksək (advanced) dil səviyyəsində olan tələbələr üçün tərtib edilib.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin əksər kursları bəzi əsas dil strukturu haqqında bilikləri əhatələyir, lakin bu yeni başlayan tələbələr üçün istifadə edilə bilər. [19, 12]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin daha da inkişaf etməsi üçün bu anlayışın bütövlükdə nəyi təqdim etdiyi hamı tərəfindən anlaşılmalıdır. Yalnız o zaman İngilis dilinin tədrisində İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi görünən nəticələr verə bilər. [28]


1. 2 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri


İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi indi müxtəlif və daha geniş miqyasda olan məqsədləri əhatələyir. Həmişə inkişafda olan, qloballaşan dünyada İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin geniş şəkildə yayılması yeni sahələrin yaranmasında müşahidə edilir. [12, 134] Onun inkişafının dinamikası nəzəri yeniliklərdə və tələbələrin dil tələbatlarının qiymətləndirilməsində özünü göstərir. Belxer qeyd edir ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi haqqında yeni ideyaları 3 fərqli istiqamətə ayırmaq olar. Bunlar ictimai-ünsiyyət, ictimai mədəniyyət və ictimai siyasət istiqamətləridir. Belə ki, xüsusi məqsədlərlə İngilis dilinin öyrədilməsi ictimai xarakter daşıyır və geniş kütlə tərəfindən öyrənilir. Bu təlim - tələbələrə yönəlmiş yeni fərdi yanaşma hər bir tələbənin linqvistik bacarıqlarının inkişafını nəzərdə tutur. [11, 165]

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi qrammatika və dil strukturlarının öyrədilməsindən daha geniş anlayışı özünə daxil edir. Xüsüsi məqsədlərlə İngilis dili kompüter elmlərini, iqtisadiyyatı, tibb elmini, biznes idarəçiliyini, mülki və hərbi aviasiyanı, turizm və digər bu kimi sosial-akademik səhələrlə əlaqəli və bir-birindən fərqli fənləri əhatələyir. Məhz buna görə də həmin sahələr üzrə təhsil alan və həmin sahələrdə çalışan şəxslərə öz ixtisas sahələrinə uyğun İngilis dilinin keçilməsi tələb olunur. Belə hallarda İngilis dili xüsusi məqsədlərlə öyrədilir ki, həmin işçilər və yaxud tələbələr xüsusi sahənin tələbatlarını uğurla yetinə yetirsinlər. Bu baxımdan İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi geniş anlayışdır və o, peşəyönümlü məqsədlərlə və təhsil məqsədləri ilə İngilis dili kimi digər terminologiyanı da özünə daxil edə bilər. Bir sıra mənbələrdə deyilir ki, Xüsusi məqsədlərlə İngilis dili kursunun məqsədləri xüsusi qrup tələbə ethiyaclarına əsasən müəyyən edilir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi adətən Peşəyönümlü İngilis dili və Akademik İngilis dilinə ayrılır. Peşəyönümlü İngilis dili Biznes İngilis dili, İxtisaslaşmış İngilis dili (həkimlər, hüqüqşunaslar və s. üçün) və Xidməti İngilis dili (turizm, dayəlik, aviasiya və tikinti sahələri üçün İngilis dili) yarım qruplarına ayrılır. Burada hər sahəyə uyğun söz bazasından, terminologiyadan istifadə edilir. [17, 297-298]

İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi ingilis dilinin xüsusi sahələrdə təbiqi üçün öyrənilməsidir. Beləliklə, dil tədrisində xüsüsi məqsədlərin meydana gəlməsi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təsnifatını formalaşdırdı. Hatçinson və Uoters, David Karver, Robinson, Toni Dyudli-Evans, Ceremi Harmer və bir sıra digər müəlliflər İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təsnifatını özlərinəməxsus şəkildə təsvir etdilər. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ənənəvi olaraq 2 əsas sahəyə Akademik məqsədlər üçün İngilis dilinə (English for Academic Purposes) və Peşə məqsədləri üçün İngilis dilinə (English for Occupational Purposes) ayrılır.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri Robinson tərəfindən bu diagram vasitəsi ilə təsnif edilmişdir:

Cədvəl 1.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin təcrübəyə əsaslanan təsnifatı

Burada İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi Akademik məqsədlər üçün İngilis dili və Peşə məqsədləri üçün İngilis dili sahələrinə ayrılır. Bu bölgü müvafiq kurslara xüsusi təsiri ilə səciyyələnir. Təcrübədən əvvəl və təhsildən əvvəl kurslar yeni məzmun ilə hələ də tanış olmayan tələbələrə ilkin bilikləri vermək üçün nəzərdə tutulub. Xüsusi və müfəssəl bilik, bacarıqlar isə carı kursda və cari təhsildə təmin edilir. [13, 488-489]

1983-cü ildə David Karver İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin 3 növünü müəyyən etdi:

  • İngilis dili məhdudlaşdırılmış dil kimi (English as a Restricted Language)

  • Akademik və Peşəyönümlü İngilis dili (English for Academic and Occupational Purposes)

  • Xüsusi mövzularda İngilis dili (English with Specific Topics) [15, 131]

1) Məhdudlaşdırılmış dil kimi İngilis dili yol nizamlayıcılarının və yaxud ofisantların işlətdiyi dil məhdudlaşdırılmış dilə aiddir. Məhdudlaşdırılmış dil ilə verbal dil arasında bir sira fərqlər vardır. Məsələn, beynəlxalq hava nəqliyyatının idarəedilməsi beynəlxalq dil olan İngilis dilində istifadə edilir. Bu nəzarətçilər tərəfindən istifadə edilən beynəlxalq dil ofisant və ya stuartesaların özlərinin məhdudlaşdırılmış dilləri kimi müəyyən situasiyalarda işləndiyinə görə xüsusi dil sayılır. Əlbəttə onların işlətdikləri linqvistik vasitələr ofisant, təmirçi, hüqüqşunas və digər bu kimi ixtisasda istifadə edilən dildən kəskin şəkildə fərqlənir. Lakin turist təlimat kitabının ünsiyyət vasitəsi olmadığı kimi mədudlaşdırılmış dil də ünsiyyət prosesində işlədilmir.

2) Akademik və Peşəyönümlü İngilis dilinə aid 2 yanaşma vardır. David Karver Akademik və Peşəyönümlü İngilis dilinin inkişafını məhdudlaşdıraraq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi termini ilə eyniləşdirir, onun əsası, özəyi hesab edir. O, həm Akademik, həm də Peşəyönümlü İngilis dilinin məqsədlərinin eyni olmasını vurğulayır və onların məqsədinin "məşğuliyyət" olduğunu nəzərdə tutur. [15,132] Hatçinson və Uoters isə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin daxil olduğu "İngilis dilinin tədrisi ağacı"nı ("Tree of ELT") tərtib etdilər. "İngilis dilinin tədrisi ağacı" sonralar Makkey və Mauntford tərəfindən nisbətən sadələşdirilmişdir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin bölmələri bu iearxiya ilə təsvir olunub. Dil öyrənilməsinin kökləri təlim və kommunkiasiyadır. Daha sonra dil tədrisində İngilis dili ana dili, xarici və ikinci dil kimi tədris edilə bilər. Xarici dil kimi İngilis dili ümumi və xüsusi məqsədlərlə öyrədilə bilər. Onlar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsini 3 sahəyə - Elmi və Texnoloji İngilis dili (English for Science and Technology (EST)), Biznes və İqtisadi İngilis dili (English for Business and Economics (EBE)) və İctimai sahələrdə İngilis dilinə (English for Social Studies (ESS)) ayırırlar. Bu sahələrin hər biri də Akademik İngilis dili (English for Academic Purposes (EAP)) və Peşəyönümlü İngilis dili (English for Occupational Purposes (EOP)) qruplarına bölünürlər. Bu o deməkdir ki, hər sahə həm təhsil, yəni akademik cəhətdən, həm də peşəyönümlü cəhətdən tədris oluna bilər. İearxiyadan gördüyümüz kimi Elmi və Texnoloji İngilis dilinin peşəyönümlü qolu Texniki işçilər üçün İngilis dili (English for Technicians), akademik qolu isə Tibb elmləri üçün İngilis dilidir (English for Medical Studies). Lakin Akademik və Peşəyönümlü İngilis dili arasında kəskin bölgü aparmaq mümkün deyil. Belə ki, (1) tələbələr eyni zamanda həm işləyə, həm də təhsil ala bilər, (2) və çox ehtimal ki, tədris prosesi üçün öyrənilən dil strukturu işdə də tədbiq ediləcək. Göründüyü kimi həyata keçmə üsulları fərqli olmasına baxmayaraq peşəyə dair biliklərin təkmilləşməsi və işin əldə edilməsi həm Akademik, həm də Peşəyönümlü İngilis dilinin məqsədləridir. Akademik İngilis dili təhsil alanın koqnitiv bacarıqlarının inkişafına diqqət etdiyi halda Peşəyönümlü İngilis dili isə şəxslərarası peşəyönümlü ünsiyyət biliklərinə diqqət edir. Peşəyönümlü İngilis dili termini il yanaşı Peşə-məqsəqli İngilis dili terminin də istifadə edilir. [24, 16-19]

3) Xüsusi mövzularda İngilis dili İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin üçüncü növüdür. Xüsusi İngilis dili ingilis dilinin xüsusi peşə ünsiyyəti situasiyalarında istifadə edən tələbələrin artan tələbatları ilə əlaqədardır. Məsələn, müxtəxəsislər, alimlər özlərinə lazım olan elmi ədəbiyyatı oxumaq üçün, konfranslarda çıxış etmək üçün ingilis dilini öyrənə bilərlər. [9, 4]

"The Practice of English Language Teaching" kitabında Ceremi Harmer İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsini dillin öyrənilməsi səbəblərindən biri kimi göstərmişdir. O, İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi terminini tələbələrin dili öyrənmək istədikləri xüsusi səbəblərə uyğun situasiyalara aid edir. Məsələn avia-xidmət, biznes, turizm sahələrində xüsusi İngilis dili beynəlxalq səviyyəsində istifadə edilir. Bu kimi sahələrdə ingilis dilinin istifadəsi İngilis dilinin Peşəyönümlü məqsədlərinə aiddir. Birləşmiş Ştatlarda, Böyük Britaniyada, Avstraliyada, Kanadada yaxud digər xarici ölkədə təhsil almaq istiyən tələbələr ingilis dilində inşa və ya məruzələr yazmağı bacarmalıdırlar. Bu səbəblərə görə öyrənilən ingilis dili Akademik İngilis dili adlanır. Tibb, texniki elmlərin tələbələri, mütəxəsisləri ingilis dildə olan ədəbiyyatları, məqalələri, kitabları mütaliə edə bilmək üçün öz ixtisas sahələrinə uyğun Elmi və Texniki İngilis dilini öyrənməlidirlər. Belə ki, İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsini yekun olaraq Peşəyönümlü İngilis dili, Akademik İngilis dili, Elmi və Texniki İngilis dili sahələrində qruplaşdırmaq olar. [22, 12-13]

Toni Dudley-Evans və Maggi St Conun bu sahədə araşdırmaları dünyada olduqca məhşurdur. Onların fikrincə İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi yalnız ingilis dili ilə müəyyən dərəcədə tanış olan şəxslərə tədris oluna bilərdi. Hər iki mütəxəsis İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tərifini bele vermişdilər: "İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi dünyada baş verənlərin anlama dilidir." Onlar "Developments in ESP" adlı kitablarında İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin Peşə məqsədli İngilis dili (English for Occupational Purposes) və Akademik məqsədlər üçün İngilis dili (English for Academic Purposes) qruplarına ayırırlar. Peşə məqsədli İngilis dili özü də İxtisaslaşmış məqsədlər üçün və ya İxtisaslaşdırılmış İngilis dili (English for Professional Purpose) və Texniki-Peşəyönümlü İngilis dili (English for Vocational Purposes) növlərinə ayrılır. İxtisaslaşdırılmış İngilis dili Tibb sahələri üçün ingilis dili (English for Medical Studies) və Biznes İngilis dilinə (English for Business Studies), Texniki-Peşəyönümlü İngilis dili Texniki-peşədən əvvəl (Pre-Vocational English) və Texniki-peşə üçün İngilis dilinə (Vocational English) bölünür. Peşə məqsədli İngilis dili termini akademik məqsədləri olmayan İngilis dili tədrisinə aiddir. Bu xüsusi dil tədrisi idarəçilik, biznes, tibb kimi sahələrə aid xüsusi bir hissəsi öyrədilən sənətlər texniki-peşə məktəblərində keçilir, və məzmun etibari ilə akademik deyil. Akademik məqsədlər üçün İngilis dili isə Elmi və Texnoloji İngilis dili, Tibbi İngilis dili, Hüquqi İngilis dili, Maliyyə sahəsi üçün İngilis dili, İqtisadi İngilis dili və digər sahələri özünə daxil edir. Akademik İngilis dilində Elmi və Texnoloji İngilis dili əsas sahə sayılır, lakin Tibbi və Hüquqi ingilis dilinin də özünəməxsus yeri vardır. Son illərdə biznes, bankçılıq, iqtisadiyyat, maliyyə və digər sahələrin akademik səviyyədə öyrədilməsi xüsusilə MBA (Masters in Business Administration) sahəsində olduqca zəruri əhəmiyyət kəsb edir. MBA təhsil proqramı ilk dəfə 1902-ci ildə ABŞ-dakı Dartmouth College (Hanover, New Hampshire) tərəfindən tətbiq edilmişdir. Daha sonralar isə bu təhsil növü dünyanın bir çox ölkələrində də istifadə olunmağa başlamışdır. [18, 6]

Gördüyümüz kimi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müxtəlif kateqoriyalara ayrılır. Bu geniş təsnifat iki əsas kateqoriyalarda - Akademik İngilis dili və Peşəyönümlü İngilis dilində təqdim edilir. Akademik İngilis dili ingilis dilinin tələb olunan təhsil məzmununda, adətən universitetlərdə və yaxud ona oxşar təhsil müəssisələrində yardımcı olur, və bu növ dil tədrisi məktəb səviyyəsində də tədris edilə bilər. Təsnifatın digər kateqoriyası olan Peşəyönümlü İngilis dili isə akademik məqsədli olmayıb, adətən sənət öyrənənlər və ya müəyyən sahələr üzrə işçilər tərəfindən tələb olunur. Bura məsələn, biznes ingilis dili, onun lüğət tərkibinin və bu sahə üzrə xüsusi dil bacarıqlarının tədrisi daxildir. [25, 43]

Bir sıra universitet departamentlərinin və fərdi kursların proqramı əsasən İngilis dilində materialların interaktiv tədrisinə əsaslanır və burada Ümumu İngilis dili, İngilis dili ikinci dil kimi (English as a Second Language), İngilis dili xarici dil kimi (English as a Foreign Language) tədrisi ilə yanaşı Xüsusi Məqsədlər üçün İngilis dili (English for Specific Purposes) programı keçilir. Xüsusi Məqsədlər üçün İngilis dili proqramı həmçinin Xüsusi Sahələr üçün İngilis dili də adlanır. Bu proqram müxtəlif ixtisas sahələrinə aid kursları əhatə edir. Bu ixtisaslaşdırılmış dil kurslarına Menecerlər üçün İngilis dili (), Elmi və Texnoloji İngilis dili (English for Science and Technology), Enerji, Neft və Qaz sənayesi üçün İngilis dili (), Tibbi İngilis dili (English for Medical Purposes), Yazı inkişafı üzrə ingilis dili (), Hüquqi İngilis dili (Legal English), Diplomatik İngilis dili ( English), Aviyasiya İngilis dilisi (Aviation English), Akademik İngilis dili (English for Academic Purposes), Turizm üçün İngilis dili (English for Tourism), Farmakologiya sənayesi üçün İngilis dili (), Biznes İngilis dili (Business English), Beynəlxalq Auditorlar üçün İngilis dili (), İnsan resursları üçün İngilis dili (), və sairə daxildir. [45] İndisə onlardan İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin digər sahələrinə bilavasitə təsiri olan Akademik İngilis dili haqqında qısa məlumata diqqət yetirək.

Akademik İngilis dili (English for Academic Purposes) İngilis dilinin araşdırılmasını və tədrisini akademik tapşırıqların yerinə yetirilməsində istifadə edənlər üçün nəzərdə tutulub. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tərkib hissəsi olan Akademik İngilis dili onun böyük bir hissəsini əhatələmiş və son iki onillikdə akademik araşdırmalarda olduğu kimi İngilis dilinin peşə sahələrində istifadəsində də mühüm əhəmiyyət kəsb etmişdir. Ən çox ana dilisi ingilis dili olmayan (non-native speakers of English - NNSE) və universitet səviyyələrinə müraciət edən şəxsələr tərəfindən maraq göstərilməsinə baxmayaraq bu termin həmçinin yerli dil daşıyıcıları olan məktəb, universitet tələbələri tərəfindən xüsusi mətnlərı oxumaq və esse yazmaq üçün bilmələri lazım olduğu kimi müəllimlər, professorlar, alimlər də konfranslarda təqdimatlar hazırlamaq və tədqiqi məqalələr yazmaq üçün Akademik İngilis dilinə yiyələnməlidirlər. Akademik İngilis dili dil istifadəçiləri tərəfindən tələb olunan təhsil meyarlarının əsas tədqiqat sahəsinə çevrildi. [30, 137]

Ümumiyyətlə bu dil tədrisini araşdırarkən Akademik İngilis dili nədir? və hansı sahələri əhatə edir? kimi sualları meydana gəlir. Bu tədris xüsusilə Avropada yeni bir təlim metodu olaraq özünü göstərməyə başaldı. Xarici dil tədrisinin tez-tez müzakirə edildiyi bu günlərdə Avropada olduğu kimi ölkəmizdə də müzakirə edilən Akademik ingilis dili tədrisi vacib sahələrdən birinə çevrilmişdir. Akademik ingilis dilindən bir çox ölkələrdə tədris dili kimi istifadə edilir. Lakin xarici dilin tədris dili kimi işlədilməsi çox vaxt uğursuzluğa yol açdığını dünyanın dil tədqiqatçıları tərəfindən dəfələrcə dilə gətirilmişdir. Akademik İngilis dili riyaziyyat, tarix, coğrafiya , fizika, sosial elmlər, turzim, tərcümə, tibb, menecerlik və sair sahələri əhatələyir. Akademik dil tədrisinin özündə xarici dildə təlimi deyil, xarici dildən istifadə edilərək dil tədrisi vardır. İngilis dilində danışılan akademik çevrədə uğurlu olmaq üçün yetkin dil öyrənciləri ingilis dilini bilik-bacarıq əldə etmədə, danışıq və anlamada həm özləri, həm də bir-biriləri ilə müqayisəli şəkildə təhlil etməyi bacarmalıdırlar. Tələbələr ancaq əsaslı dil tədrisi sayəsində bu bacarıqları inkişaf etdirə bilərlər. Bu yanaşmada məqsəd tələbələrə onların dil və müqayisəli düşüncə bacarıqlarını inkişaf etdirməkdir. Akademik İngilis dili tədrisində məqsəd biliyi xarici dildə sadə bir şəkildə təqdim etmək yerinə tələbələrə dili funksional olaraq istifadə edə biləcəkləri bir öyrənmə şəraiti yaratmaqdır. Bu funksional dil tədrisi tələbələrə uyğun akademik dili və onun sosio-linqvistik tərkibini də özünə daxil edərək tədris edən bir yanaşma olduğu üçün tələbələrə xarici dildə biliyi əldə etməkdə və qiymətləndirmə aparılmasında kömək olur. [7, 5] Xüsusilə ana dilləri ingilis dili olmayan tələbələr xaricdə universitet dərəcəsinə qəbul olmaq üçün Akademik İngilis dili programı vasitəsilə özlərinin akademik bacarıqlarını inkişaf etdirə bilərlər. Akademik İngilis dili programının daxilindəki kurslar xüsusi olaraq hər bir tələbə üçün fərdi formada tərtib edilir. Akademik İngilis dili proqramında əsas olaraq iki kurs tədris edilir: 1) Akademik yazı üçün İngilis dili (English for Academic Writing) və 2) Akademik təlim və akademik danışıq (English for Academic Learning and Speaking).

Akademik yazı üçün İngilis dili proqramı bilik və bacarıqların çətinlik səviyyəsinə görə adətən iki hissəli tədris edilir. Bu təlim akademik yəni təhsil məqsədləri üçün nəzərdə tutulan təkmilləşdirilmiş yazı bacarıqlarıdır. Bu kurs xüsusilə intensiv şəkildə 3-4 ay ərzində öyrənilir. Akademik yazı üçün İngilis dili kursu mahiyyəti adətən bakalavr dərəcəsində və orta məktəbdən sonrakı təhsildə əldə etməyi lazım olan akademik yazı bacarıqlarının inkişafında mərkəzləşir. Həmin bacarıqlara və mövzulara akademik yazı prosesinin həyata keçirilməsi, akademik mətnlərin parafraza edilməsi, akademik mətnlərin təkmilləşdirilməsi və tənqidi təhlil edilməsi, müstəqil şəkildə tezis və dissertasiya kimi elmi işlərin formalaşdırılması, müxtəlif mövzularda tam-məzmunlu yazı işlərinin inkişaf etdirilməsi, qrammatik baxımdan düzgün tərtib edilmiş inşaların, esselərin yazılması, xəbər tipli təlimatların istifadəsi ilə mənbələrin sənədləşdirilməsi, yazı prosesində müvafiq akademik lüğətdən istifadə edilməsi daxildir. Əlbəttə Akademik yazı kursunun hər iki səviyyəsi üzrə müvəffəqiyyətlə keçmək istəyən tələbələr kredit sistemi ilə minmum olaraq C (71 bal) qiymətini əldə etməlidirlər.

Akademik təlim və akademik danışıq proqramı adından da göründüyü kimi iki hissəlidir və tələbələr tərəfindən əvvəlcədən onların təhsil almaq istədikləri kurs seçilməlidir. Bu proqram akademik, yəni təhsil məqsədləri üçün təkmilləşdirilmiş danışıq və dinləmə səviyyəsi kurslarından ibarətdir. Bu proqram universitet səviyyəsində lazım olan ixtisas, texnologiya, məntiqi düşünmə və meta-koqnitiv bacarıqlarını formalaşdırmaqla bərabər tələbələrin İngilis dili bacarıqlarını inkişaf etdirəcək. Bu proqram da öz növbəsində hər iki kurs üçün ayrı-ayrılıqda 3-4 ay ərzində keçilməsi nəzərdə tutulur. Tələbələr bu proqramın hər ikisinin başlanğıc səviyyələrinə daxil ola bilərlər. Akademik təlim və akademik danışıq bölmələrinin hər birini müvəffəqiyyətlə tamamlayan tələbələr müvafiq diplom və ya sertifikatlar əldə edirlər. Akademik dinləmə və akademik danışıq proqramlarında xüsusi mövzular və akademik bacarıqlar tədris edilir. Həmin mövzu və bacarıqlara mühazirələrin strukturunu və tərkibini anlamaq, mühazirələri fəal şəkildə dinləmək və qeydlər götürmək, akademik lüğəti anlamaq və ondan istifadə etmək, təlim strategiyalarından istifadə etmək, mətnləri tənqidi təhlil etmək, formal və qeyri-formal təqdimatlar vermək, akademik mövzularda müzakirələr etmək, debatlar keçirtmək və akademik mənbələrdən istifadə etmək daxildir. [44]

Akademik İngilis dili Sveyls tərəfindən geniş şəkildə araşdırılmışdır. Bu dil tədrisi programında nəzərdə tutulmuş fəaliyyətlər akademik oxuda və akademik yazıda tələbələrin müəyyən bilik və bacarıqlara yiyələnməyi özünə məqsəd seçib. Ona görə də Akademik İngilis dili xüsusilə təhsil sahəsində tezislərin, dissertasiyaların, məqalələrin, rəsmi məktubların və sairənin yazılmasını özünə daxil edir. Sveylsin dediyi kimi Akademik İngilis dili hər iki janrından bəhrələnə bilər, bu dil tədrisi həm yazıda olduğu kimi, həm də mətnlərin oxunmasında və təhlilində əvəzsiz təlim vasitəsi kimi istifadə edilə bilər. Fəaliyyətlərin əksəriyyəti alternativ nöqteyi-nəzərlərinin qiymətləndirilməsi və mümkün mülahizələrin müəyyənləşdirilməsi üsulları vasitəsilə əhatəli materialların inkişafında mərkəzləşir. Akademik mətnlərin yazılmasında başlıca qaydalar standart olaraq qəbul edilib. Xüsusi-fənn mətnləri tələbələrin maraqlarından və tələblərindən asılı olaraq müəyyənləşdirilir, ona uyğun tərtib edilir. Olduqca maraqlı fəaliyyət növləri arasında "Janrın müəyyən edilməsi" ən çox nəzəri baxımdan əhatələnmiş fəaliyyətlərdən biridir. Bu fəaliyyət müəyyən növ mətnin ümumi xüsusiyyətlərini tanımaq məqsədi ilə mətnin dəqiq araşdırılmasını və ona uyğun parametrlər əsasında digər janrlarla fərqləndirməyi təklif edir. [35,79] Digər maraq doğuran təklif isə tələbələrin gələcəkdə istifadə edəcəkləri yazı janrları "Gündəlik janr fayllarının yaradılması" fəaliyyətlərində təqdim olunur. İngilis diliin xüsusi məqsədlərlə öyrədilməsinin yazı bacarıqlarına digər insanların nitqinin daxil edilməsindən bəri bəzi janrlar necə sitat gətirməyi, parafrazaların edilməsini və ya xülasələrin verilməsini tədrisə daxil edir. [35,88] Akademik İngilis dili dərsi məzmunu baxımından öyrənmə və öyrətmədə həm daha çox əsaslı olduğuna görə asan, həm də proqramın müxtəlifliyi baxımından bir o qədər çətindir. Burada artıq nəzəri biliklərdən əlavə olaraq müəllimlər, pedaqoqlar digər bilik və bacarıqlara sahib olmalıdırlar. Akademik ingilis dilinin tədrisində yazı (writing) və oxu (reading) bacarıqlarının öyrədilməsi xüsusi önəm daşıyır və geniş şəkildə tədris edilən bu bacarıqlar Akademik İngilis dilinin təməli hesab edilir. Lakin unutmaq lazım deyil ki, yazı və oxu bacarıqları dinləmə (listenting) və danışıq (speaking) bacarıqları ilə da bərabər şəkildə inkişaf edir.[7,12]

Bu fikirləri ümumiləşdirərək deyə bilirək ki, İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi sahələri dil tədrisində akademik və peşəyönümlü məqsədlərlə tədris edilir. Bu sahələrin akademik və peşəyönümlü məqsədlərlə tədrisi bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir. Bu iki anlayış qarşılıqlı şəkildə əlaqəli olsalar da, fərqli mənalara malikdirlər. Xüsusi sahələr Akademik məqsədlərlə təhsil cəhətdən araşdırılırsa, həmin sahələr peşəyönümlü məqsədlərlə yalnız iş prosesində tədbiqi öyrədilir.

II FƏSİL


İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN SƏMƏRƏLİ TƏŞKİLİ


2.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis

dili nümunəsində öyrənilməsi


İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrindən biri də dünyanın bir çox ölkələrində tədris edilən Diplomatik ingilis dilidir. Azərbaycan Dillər Universitetində "Diplomatik İngilis dili" fənni Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələrinə tədris olunur. Diplomatik İngilis dilinin tərkibi hər bir diplomatın bilməsi vacib olan müxtəlif xüsusi sözlərdən, söz birləşmələrindən, diplomatik etiketdən, ifadələrdən, terminlərdən və akronimlərdən təşkil olunub. Bu kimi mövzular Diplomatik İngilis dilində mühüm əhəmiyyət kəsb edir. Məhz xüsusi terminlərdən, diplomatiyaya aid söz birləşmələrindən və diplomatik etiketdən istifadə edərək müfəssəl diplomatik ünsiyyəti qurmaq mümkündür. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis dili nümunəsində araşdırılması müasir dil tədrisi sahələrindən biridir.

Diplomatiya termini «diplomat» sözündən əmələ gəlib. İlkin olaraq diplomat sözü diploma tutan kimi tərcümə edilirdi. Məhz diploma yunan terminologiyasına əsasən Qədim Romada əyalətlərə, yaxud xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət məktubu, yaxud etimadnamə adlanırdı. Diplomas sözü hökmdarların rəsmi sənədləri (aktları) demək idi, diploma sözü isə yunancadan "ikiqat artırmaq", yəni onların qatlanması üsulundan əmələ gəlmişdi. Diploma dedikdə, imtiyaz verən sənəd, yəni dövlət kağızı, rəsmi sənəd başa düşülürdü. Bu fikirləri ümumiləşdirərək deyə bilərik ki, diplomatiya «diplom» (yunan dilində diploma - ikiqat yığılmış sənədlər deməkdir) sözündəndir.[38]

Diplomatiya dedikdə əsasən iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın dünyaya inteqrasiya etməsində ünsiyyətin rolu əvəz edilməzdir. İnsan cəmiyyətini ünsiyyətsiz təsəvvür etmək olmaz, insanların iştirak etdiyi hər sahədə ünsiyyət də mövcuddur. Ünsiyyətin həyata keçməsinin əsas vasitəsi isə dildir. İnsanlar müxtəlif sahələrdə başa düşülmək üçün bir neçə dildən istifadə etməlidirlər. Belə ki, "Diplomatlar hansı dildən istifadə etməlidirlər?" və yaxud "Diplomatlarla ünsiyyət quran şəxslər hansı dildən istifadə etməlidir?" kimi suallar meydana gəlir. Diplomatiyada dil termini müxtəlif məna daşıya bilər. Diplomatiyada dil terminini dedikdə xalq, cəmiyyət, ümumiyyətlə müəyyən qrup insan tərəfindən, kütlə tərəfindən danışılan xüsusi dil və diplomatiya sahələrində xüsusi ifadə tərzi nəzərdə tutulur. [32,40]

Dünya miqyasinda diplomatiyanın inkişaf etməsi üçün xüsusi bir ortaq dildən istifadə edilməlidir. Buraya aid olan bütün dövlətlər, şəxslər üçün ortaq dil diplomatik dildir. Diplomatik dil anlayışı 3 fərqli mənanı ifadə edir:

  1. Diplomatların danışarkən və yazarkən istifadə etdikləri dil anlyışı - diplomatik dil;

  2. Diplomatiyaya aid sözlər, söz birləşmələri, ifadələr, terminlər, akronimlər və sairə (jargon diplomatique);

  3. Diplomatlara məxsus metodlar - diplomatik etiket.

Diplomatların istifadə etdikləri dil anlyışının müxtəlif tarixi dövrləri və özünəməxsus xüsusiyyətləri vardır. Diplomatiyada XVIII əsrədək istifadə edilən dil latın dili idi. Diplomatlar bu dildə yazışmalar aparır, hətta danışırdılar. Lakin sonralar Fransanın beynəlxalq arenada nüfüzunun artması ilə fransızlar öz dillərini diplomatik dilə çevirmək üçün cəhdlər etdilər. Məsələn onlar müqavilələri, xüsusi sənədləri fransız dilində tərtib edirdilər ki, bu da öz növbəsində fransız dilinin beynəlxalq dilə çevrilməsinə yardımcı oldu. 1815-ci ildə Viyana konqresində və Paris konfransında işlədilən dil fransız dili oldu. Yalnız Birinci Dünya müharibəsindən sonra beynəlxalq konfranslarda fransız dili ilə, yanaşı, ingilis dilindən də istifadə edilirdi. Beləcə, ingilis və fransız dilləri konfranslarda rəsmi dil kimi qəbul edilib işlədildi. Artıq II Dünya müharibəsindən sonra ABŞ-ın nüfuzunun dünyanın siyasi arenasında artması nəticəsində ingilis dilinin istifadəsi geniş vüsət aldı. [6,107-108]

Müstəqil dövlətlərin hökumətləri arasında olan rəsmi əlaqələri həyata keçirmək üçün istifadə edilən istənilən dil diplomatik dil adlanır. Belə dillər müxtəlif saydadır. Halhazırda "diplomatik dil" termini tərcüməçilərsiz rahat ünsiyyət üçün və yaxud ümumi bir dildə diplomatik sövdələşmələrin yerinə yetirilməsi üçün dövlət nümayəndələri tərəfindən istifadə edilən dili bildirir. Bu sahədə tez-tez istifadə edilən dillər başlıca diplomatik dillər sayılır. Bu dillər arasında İngilis dili tədricən və gec müddətdə də olsa belə ilk yeri tutdu. German dil qrupuna daxil olan ingilis dili dünyada ən çox danışılan xarici dilə çevrildi. Artıq qloballaşan dünyada İngilis dilinin hökmranlığı danılmazdır və ingilis dili bütün ictimai sahələrə təsir etdiyi kimi diplomatiyadan da yan keçmədi. Beləliklə, dövrümüzdə diplomatiya İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin bir növü olan Diplomatik ingilis dili (Diplomatic English) nümunəsində öyrənilir.

Diplomatiyada düzgün ifadə, açıq, birmənalı anlayış və təsirli ünsiyyət hər şeydən vacibdir. Diplomatik İngilis dili müəyyən səviyyədə ingilis dili biliyi ilə yanaşı, eyni zamanda düzgün ifadə seçimini, diplomatik danışıq, yazı, oxu, dinləmə və anlama bacarıqlarını inkişaf etdirən mövzuları tərkibinə daxil edir. Diplomatik İngilis dili programında iştirak edən tələbələr burada xüsusi vurğu və tonlarla ingilis dilində danışa, öz fikirlərini aydın ifadə edə, həmçinin kütlə içində əminliklə təsirli danışıq bacarıqlarını inkişaf etdirə bilərlər. Praktik diplomatiya, diplomatik simulyasiyalar, ictimai diplomatiya, beynəlxalq əlaqələr, siyasət və ideologiya kimi sahələrdə uğurlu çıxışlar etmək istəyən diplomat Diplomatik İngilis dilinə yiyələnməlidir.[40]

Ümumiyyətlə Diplomatik İngilis dili fənnini öyrənən tələbələrin bilməsi vacib olan diplomatik bacarıqlar hansılardır? Diplomatik münasibətlər iki və ya daha çox rəsmi şəxslər, ölkələr arasında həyata keçirilir. Bu münasibətlərin qarşılıqlı şəkildə həyata keçirilməsində gələcək diplomatlar bu ümumi bacarıqlara sahib olmalıdırlar:

  • Kommunikativ bacarıq - əsas diplomatik bacarıqlardandır. Müvafiq situasiyalara uyğun olaraq diplomatların beynəlxalq sferada ünsiyyətini təşkil edir. Burada həm ana dildən, həm də beynəlxalq dillərdən istifadə nəzərdə tuturlur. Buna görə də Diplomatik ingilis dili fənnini öyrənən tələbələrə ixtisas bilikləri ilə yanaşı, dil bilikləri də tədris edilir.

  • Danışıqların aparılması bacarığına hər bir gələcək diplomat sahib olmalıdır. Diplomatlar ikimənalı cümlələrdən istifadə etməməli və müsahibinin nitqinə diqqət yetirməlidirlər. Buna görə də diplomatik sahələri öyrənən tələbələrdə xüsusi danışıq bacarıqları inkişaf etdirilməlidir.

  • Tədqiqatların aparılması bacarığına informasiyanın araşdırılması və əldə edilməsi aiddir. Bu informasiyaya diplomatik sənədlər və diplomatların bir-biriləri haqqında məlumatlar daxildir. Buna görə də tələbələr bu məsələdə diqqətli olmalı, öz sahələri ilə dərindən maraqlanmalıdırlar.

  • Qaydalara və prosedurlara uyğun olaraq çalışmaq ixtisaslı diplomatların əsas biliklərinə daxildir. Tələbələr diplomatik sferada verilən əmrləri, fərmanları birə-bir olaraq öyrənməli və onlara əməl etməlidirlər. [49]

Qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, tələbələrin Diplomatik İngilis dilinə peşəkarcasına yiyələnməsi yalnız xarici dilllərin öyrədilməsinin 4 əsas dil bacarıqlarına aid olan diplomatik danışıq, diplomatik eşidib-anlama, diplomatik oxu və diplomatik yazıda bilikli olmaları ilə mümkündür. Diplomatik dinləmə və diplomatik oxuya nisbətən tələbələrin diplomatik danışıq və diplomatik yazı bacarıqlarına sahib olması Diplomatik İngilis dilinin tədrisində daha çox əhəmiyyət kəsb edir.

Diplomatik İngilis dilinin tədrisində diplomatik danışıq (diplomatik speaking) bacarığının mənimsənilməsi olduqca vacib amillərdəndir. Diplomatik danışıq produktiv bacarıqdır. Diplomatik danışığı interaktiv, qeyri-interaktiv və qismən interaktiv olmaqla 3 qrupa bölə bilərik. İnteraktiv danışıqlara müzakirələr, müsahibələr, dialoqlar, qeyri-interaktiv danışıqlara nitqlərin, monoloqların, rəsmi çıxışların deyilməsi, qismən interaktiv danışıqlara müəllimlərin, diplomatların mühazirələri aiddir. Belə bir sual meydana çıxır: Diplomatik danışıq bacarığını tələbələrə necə tədris etmək olar? Diplomatik danışıq diplomatik sferada, rəsmi görüşlərdə diplomatların, rəsmi dövlət işçilərinin istifadə etdikləri danışıqdır. Bu bacarığı tələbələrə aşağıdakı yollarla aşılaya bilərik:

  • Tələbələrin diplomatik sferada püxtələşmələri və sərbəst şəkildə özlərini ifadə edə bilmələri üçün kommunikativ təlimdən istifadə edilməlidir.

  • Tələbələr tərəfindən nitq zamanı edilən səhvlər üzərində işlənilməlidir.

  • Kommunikasiyanı daha aydın, dəqiq və ətraflı etmək üçün əlavə materiallardan istifadə edilməlidir.

  • Kommunikativ bacarığın inkişaf etməsi üçün tələbələr məşhur diplomatların nitqlərini imitasiya etməli, verbal ünsiyyət, interaktiv söhbətlər aparmalı, və şifahi təqdimatlar həyata keçirməlidirlər.

  • Diplomatik danışığa dair tələbələrə verilən materiallar praktiki və real ünsiyyətdə istifadə edilməsi üçün faydalı olmalıdır.

  • Müəllimlər tələbələrə uyğun şifahi qiymətdirmə etməlidirlər, lakin təcrübi diplomatik söhbət əsnasında onların nitqlərini bölməməlidirlər.

  • Diplomatik sferada tələbələr situasiyalara uyğun lazımı mimikalardan, jestlərdən istifadə etməli, danışıq zamanı parafrazaları, xüsusi şablon ifadələri işlətməlidirlər. [45]

Diplomatik danışıq bacarığı dedikdə diplomatik ünsiyyət nəzərdə tutulur. Diplomatik danışıqlarda tələbələr mehriban, pozitiv yanaşmalı, xüsusi söz ehtiyatından, birmənalı ifadələrdən istifadə etməlidirlər. Burada tələbələr ünsiyyətdə tələsməməli, aramla danışmalıdır, yalnış başa düşülməmək üçün əvvəlcədən danışılacaq səs tonu müəyyənləşdirmək, "xeyr" deyərkən səbənini izah etmək, diplomatik dildə məşqlər həyata keçirmək və sair lazımdır.

Diplomatik danışıq özündə rəsmi danışığı təşkil edir. Buna görə də tələbələr rəsmi danışığın tərkib hissə daxil olan və gələcək diplomatların bilməsi vacib olan xüsusi diplomatik sözləri, söz birləşmələrini, ifadələri, terminləri, akronimləri bilməlidirlər. Diplomatik İngilis dilinin əsasını təşkil edən bütün bu ixtisaslaşdırılmış sözləri diplomatik jargon adlandırmaq olar. [40] Bu diplomatik jargonlar ADU-nun "Beynəlxalq münasibətlər" ixtisasında keçirilən "Diplomatik İngilis dili" fənnin işçi materialını təşkil edir. İndisə dissertasiyamızın işçi materialını təşkil edən Diplomatik İngilis dilinə aid xüsusi sözləri, söz birləşmələrini, terminləri və akronimləri hər birini ayrı-ayrılıqda nəzərdən keçirdək:

Diplomatik sözlər - Diplomatik İngilis dilinin əsas hissələrini təşkil edən bölmələrdəndir. Buraya elə sözlər aiddir ki, onlar həm ümumişlək, həm də xüsusi diplomatik məqsədlərlə istifadə edilə bilər. Ümumi mənada işlənməsinə baxmayaraq diplomatik sferada bu sözlər xüsusi diplomatik məna daşıyır:

Abdicate - İdarəedicilərin sahib olduğu vəzifədən, səlahiyyətdən çəkilmək.

Accession - Bir başçının vəzifəyə gəlməsi, bir partiyaya üzv olmaq,taxta çıxmaq.

Acclamation - Səs birliyi ilə seçim.

Accomodate - Uyğunlaşdırmaq və ya uyğun hala gətirmək.

Accomplish - Tamamlamaq, bacarmaq.

Accords - Razılıq, icazə, saziş. Beynəlxalq razılaşmaların müqavilələrə nisbətən təsir gücü azdır, lakin dövlətlərarası əlaqələrdə böyük əhəmiyyət kəsb edir.

Accredition - Rəsmi elçi, nümayəndə göndərmə.

Accuracy - Doğruluq, dəqiqlik, əminlik.

Accusation - Təqsirləndirmə, ittiham etmə, günahkar bilmə

Acquire - Ələ keçirtmək, zəbt etməq, əldə etmək.

Adherence - Tərkibinə qatılma, üzvlüyə girmək, üzvü olma, tərəfdar olmaq.

Affiliation - Şərik, üzvlük, üzvlüyə qəbul etmə.

Agenda - Gündəm, hazırki vəziyyət,durum, iclasın gündəliyi.

Alliance - ittifaq, birlik.

Bargain - Sövdələşmə etmək, siyasi sövdələşmə və ya razılıq əldə etmək, təhdit və təklif kimi vasitələrdən, üsullardan istifadə edərək müəyyən bir nəticəni əldə etməyə çalışmaq.

Biannual - İldə 2 dəfə, 6 aydan bir həyata keçirilən, baş tutan.

Carnage - Qətliam, qırğın, insanların toplu olaraq öldürülməsi.

Campaign - Səfər, hərəkat, hərbi əməliyyat,müəyyən məqsədə yönəlmiş mübarizə.

Disangagement - Əlaqələri kəsmək, ünsiyyəti dayandırmaq, mühariyə son deyib düşməndən uzaqlaşmaq.

Enlargement - Avropa Birliyinin genişlənməsi. Avropa Birliyinin yeni ölkələri üzv olaraq qəbul etməsidir.

Landlocked - Dənizə çıxışı olmayan, yalnız quru torpaqları olan ölkə.

İmmixion - Daxili işlərə qarışma. Bir dövlətin söz ya da hərbi yollarla başqa bir dövlətin səlahiyyəti altında olan bir mövzuya müdaxilə etməsidir.

İmpartiality - Tərəfsiz olmaq, bitərəflik.

İncompatibility - Anlaşmazlıq, ziddiyyət.

İnvasion - İstila, işğal, hücum, təcavüz, müdaxilə.

İrrevocable - Təxirə salınmaz, dəyişilməz, ləğv olunmaz.

Hegemony - Bir dövlətin digərləri üzərində müəyyən üstünlük qurması.

Hinterland - Bir dövlətin sərhəddən uzaq rayonları, daxili torpaqları.

Genocide-Soyqırım. Bir xalqın və ya dini qrupun kütlə halında məhv edilməsi.

Penetrate - Nüfuz etmək, təsiri altına salmaq.

Pullback - Hərbi qüvvələri geri çəkmək və ya çağırmaq.

Seat - Yer, vəzifə.

Sanction - Təqdir etmə, icazə vermək, himayə etmək.

Satisfactory - Qənaətbəxş, təmin edici; təmin edən

Scarcity - Qıtlıq dövrü.

Schedule - Planlamaq, program halına salmaq. [42]

Guardianship / Trusteeship - Qəyyumluq.

Disarmament - Silahsızlanma. Dövlətlərin sahib olduqları silah toplusu və ya bazaları mövzusunda vəziyyət etibarı ilə razılığa gəlmələridir. Silah azaltma və ya tamamilə aradan qaldırılmasıdır.

Treaty - Müqavilə. [1]

Diplomatik söz birləşmələri - Diplomatik İngilis dilində geniş şəkildə istifadə edilir. Diplomatik söz birləşmələri iki və daha çox sözün birləşməsindən əmələ gəlib, diplomatik mənanı ifadə edir. Diplomatik sözlərdən fərqli olaraq diplomarik söz birləşmələri ümumişlək deyildir, onlar daha çox xüsusi məna daşıyır.

Abandonded matter - Müxtəlif səbəblərə görə başqa ölkəyə köçmüş qaçqınlar tərəfındən tərk edilmiş mülkiyyət.

ABC weapons - ABC silahları (Atomic, Biological, Chemical Weapons)

Abolition of privileges - Üstünlükləri ləğv etmə, imtiyazlara aradan qaldırma.

Forbidden zone - Qadağan edilmiş bölgə, ərazi(hərbi və ya müharibə səbəbləri ilə)

Balance of power - Müəyyən bir ölkənin hərbi, siyasi güc balansı.

Bilateral Agreement - İkili anlaşma. İki dövlət və ya təşkilat arasında imzalanan ve qarşılıqlı münasibətləri formalaşdıran anlaşmadır.

Bilateral relations - İkili münasibətlər, uluslar arası ilişkilerde taraf olan iki aktörün karşılıklı ilişkisi.

Breakdown of negotiations - Çoxtərəfli görüşlərin nəticəsi olmadan bitməsi.

Jurisdictional immunity - Hüquqi toxunmazlıq.

Keep currently informed - Davamlı olaraq informasiya əldə etmək.

Enemy state - Düşmən ölkə.

Neighbouring countries - Qonşu ölkələr.

Meddle in domestic affair - Daxili işlərə qarışma.

Mutual guarantees - Qarşılıqlı zəmanət vermə.

State visit - Rəsmi ziyarət, səfər.

Diplomatic İmmunities - Xarici ölkəyə təyin edilmiş diplomatların sahib olduğu diplomatik toxunulmazlıq.

Establisment of their own independent state - Müstəqil dövləti qurulma

External İnfluence / Relations - Xarici təsir /münasibətlər.

Foreign Delegations - Bir dövlətin sərhədləri içində olan xarici nümayəndələr.

Foreign İntervention - Xarici bir ölkənin hərbi və siyasi xarici müdaxiləsidir.

Case parties - Siyasi anlaşmazlıqda rəqib olan tərəflər.

Combat operation - Hərbi əməliyyat.

Cease fire agreement - Atəşkəs Andlaşması.

Demarcation line - Sərhəd xətti.

Diplomatic Bargaining - Diplomatik sövdələşmə.

Code of conduct - Davranış ve protokol qanunları. [43]

Establishment of diplomatic relation - Diplomatic əlaqələrin yaradılması.

To act in a consular capacity-Konsulluğun rəsmi nümayəndəsi kimi çıxış etmək.

To delegate functions to smb - Funksiyalarını ötürmək.

At smb's disposal / in smb's charge - Kiminsə səlahiyyətində

Matters relating intercourse between the states - Dövlətlərarası qarşılıqlı əlaqələr.

To remain valid - Qüvvədə qalmaq.

Without prejudice to the powers of the authorities - hakimiyyətin gücünə xələl gətirmədən.

To exert diplomatic pressure - Diplomatik təzyiq göstərmək.

To relinquish responsibility - Məsuliyyətdən imtina etmək (boyun qaçırtmaq).

General provisions - Ümumi müddəalar.

Obtain a visa - Viza almaq; to issue a visa - viza vermək.

Body corporate - Hüqquqi sima.

Social welfare - İctimai rifah.

Without distinction as to race, sex, language or religion -irqinə, cinsinə, dilinə və dininə fərq qoymadan.

Regular diplomatic courier - Daimi diplomatik kuryer.

Breach of the peace - İctimai asayişin pozulması.

To carry out obligations - Öhdəliyi yerinə yetirmək.

Compatible with laws - Qanunla uyğun.

To obtain a peaceful settlement of the dispute-Mübahisənin sülh yolu ilə həllinə nail olmaq.

Swift dispatch of the diplomatic bag - diplomatik poçtun təcili göndərilməsi.

Adjustment of international disputes - Beynəlxalq mübahisələrin tənzimlənməsi.

To submit matters to settlement - Məsələlərin həll olunması üçün təqdim etmək.

To refrain from giving assistance - Yardım etməkdən imtina etmək.

To execute letters rogatory - məhkəmə qərarını icra etmək. [1]

Diplomatik ifadələr - əsasən diplomatlar tərfindən diplomatik görüşlər və ya müsahibələr zamanı deyilən, müəyyən tarixi-diplomatik hadisələr nəticəsində meydana gələn sözlər, söz birləşmələri, cümlələr, şüarlar əsasında formalaşır.

Divide and rule/conquer - Parçala və hökmranlıq et. İfadənin mənbəyi hətta eramızdan əvvələ dayanır. Bu taktika Yuli Sezar, Napoleon Bonapart və sair siyasətçilər tərəfindən istifadə edilmişdir.

Hit and run - Vur-qaç siyasi-diplomatik taktikası. Müharibə zamanı düşmən qoşunlarına ani hücum edərək geri çəkilmək deməkdir.

Berlin Wall - 1961-ci ildə Qərbi Berlin ilə Şərqi Berlini bir-birindən ayırmaq üçün inşa edilən və 1989-cu ildə ın höküməti əhalisi ilə təmaslara qoyulmuş məhdidiyyəti aradan qaldırılmasına qədər Soyuq Müharibənin simvolu olan divardır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmişdir.

Fight against terrorism - "Terrorla mübarizə" şüarı halhazırda dünya ölkələrinin siyasətində başlıca yeri tutur. [43]

The end justifies the means. - Hədəfə gedən hər yol mübahtır. Hədəfə gedən hər yolun istifadə edilməsini dəstəkləyən şüardır.

- Bu ifadə Uinston Çörçil tərəfindən işlədilmişdir. Bununla da o, diplomatiyanı sadə dillə izah etmişdir: "Danışmaq savaşmaqdan yaxşıdır." [23]

Gunboat diplomacy - Siyasi-diplomatik taktikadır. Silah gücünə başqa bir dövləti təslim olmağa məcbur etmək deməkdir.

Shuttle Diplomacy - Bir birini tanımayan və ya əlaqələri olmayan dövlətlər arasında dialoq yaratmaq üçün vasitəçi olmaq deməkdir. [37]

Diplomatik terminlər - Diplomatik İngilis dilinin əsasını təşkil edir. Bu terminlər beynəlxalq xarakter daşıyır və bir çox ölkələrin diplomatiyasında, diplomatik ünsiyyətində işlədilir. Xüsusiləşmiş diplomatik sözlər, söz birləşmələrindən fərqli olaraq diplomatik terminlərin müəyyən qismi adətən tərcümə edilmir, diplomatik ünsiyyətdə həmin terminlər olduğu kimi istifadə edilir. Lakin diplomatik terminlərin digər bir qismi isə hər bir ölkənin öz dilindəki ekvivalentinə tərcümə edilib işlədilir. Diplomatik İngilis dilində istifadə edilən terminlər latın və fransız mənşəli ola bilərlər. Latın mənşəli terminlərə casus belli, Ad Referandum, Ad interim, Modus Vivendi, Persona non grata, Sine qua non, fransız mənşəli terminlərə isə acte finale, Chargé d'Affaire, compromis corps diplomatique, demarche və sair bu kimi nümunələrini göstərmək olar.

Diplomatik İngilis dilində istifadə edilən terminlər diplomatiya sahəsinə aid vəzifələrin, rütbələrin, diplomatik statusların, sənədlərin və dövlət qurumlarının adlarını ifadə edir:

Diplomatic mission - Diplomatik nümayəndəlik. Bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı.

Ambassador Extra-ordinary and Plenipotentiary - Fövqəladə və səlahiyyətli səfir.

Head of legation - Missiya başçısı.

Deputy minister - Nazir müavini.

Part-time adviser - Müvəqqəti məsləhətçi.

Prinsipal adviser - Baş məsləhətçi.

Custodian - Mühafizəçi (Sənədlərin)

Home affairs - Daxili işlər.

Foreign affairs - Xarici işlər.

Political Affairs - Siyasi işlər.

Composition of Ministry - Nazirliyin tərkibi.

Ministry of Justice - Ədliyyə Nazirliyi.

Ministry of Defence - Müdafiə Nazirliyi.

Security Council - Təhlükəsizlik şurası.

Ministry of Foreign affairs - Xarici İşlər Nazirliyi.

Resident Ambassador - Daimi nümadəyəndə, səfir. [1]

Casus belli - Savaş və ya müharibə səbəbi.

Ad Referandum - Hökümətin təsdiqlənməsi.

Ad interim - Müvvəqqəti. Müəyyən zaman dövrü ərzində.

Modus Vivendi - Müvvəqqəti anlaşma, barışıq.

Persona non grata - İstənilməyən şəxs.

Persona Grata - Arzuolunan şəxs. Hər hansı bir dövlətdə diplomatik nümayəndə qismində kandidaturası bu dövlət tərəfindən qəbul olunan şəxsdir.

Sine qua non - Olmazsa olmaz. Mümkünsüzlük.

Statu quo - Müəyyən anda mövcud olmuş və ya mövcud olan faktiki və ya hüquqi vəziyyət.

Ultimatom - ultimatom, son və qəti tələb.

Pacta sund servanda - Əhdə vəfa. Razılığa və ya barışığa əməl etmək.

Acte finale - Dövlətlərarası münasibətlərdə imzalanan sənəd.

Chargé d'Affaire - diplomatik nümayəndəliyi idarə edən agent.

Compromis d'arbitrage - məhkəmə razılığı.

Demarché - Qeyri-stabil vəziyyətə, əhalinin etirazına qarşı hökümət tərəfindən siyasi yanaşma, təşəbbüs. [6, 109]

Laissez-passer - Müəyyən əraziyə daxil olmağa və ya səyahət etmək üçün icazə.

The head of mission - "nümayəndəlik başçısı" göndərən dövlət tərəfindən üzərinə bu istiqamətdə fəaliyyət göstərmək vəzifəsi qoyulan adam.

Member of mission - "nümayəndəlik üzvləri" heyət başçısına və üzvlərinə deyilir.

Member of staff of the mission - "nümayəndəlik heyəti üzvləri" missiyanın diplomatik heyətinin, inzibati-texniki heyətinin, eləcə də xidməti heyətinin üzvləri;

Members of diplomatic staff - "diplomatik heyətin üzvləri" nümayəndəliyin diplomatik dərəcəyə malik üzvlərinə deyilir.

Diplomatic agent - "diplomatik agent" nümayəndəlik başçısı yaxud nümayəndəliyin diplomatik heyətinin üzvü.

Member of administrative and technical staff - "inzibati-texniki heyətin üzvləri" nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik üzvlərinə deyilir.

Member of the service staff - "xidməti heyətin üzvləri" nümayəndəlik heyətinin nümayəndəliyin daxili xidmətinin üzvlərinə deyilir.

Private servant - "şəxsi qulluqçu" nümayəndəlik üzvlərinə daxildə xidmətlə məşğul olan və göndərən dövlətin qulluqçusu olan adama deyilir. [1]

Ad hoc - Davamlı olmayan, müəyyən bir mövzu ilə əlaqəli xüsusi məqsədlər.

De facto - dövlətlə diplomatik əlaqələr qurmadan onun mövcudluğu faktını qəbul edərək işgüzar əlaqələrin qurulması.

De jure - dövlətin beynəlxalq münasibətlərdəki bütün hüquq və imtiyazları ilə birgə tanınması, diplomatik əlaqələrin qurulması.

Diplomatic ranks - Səfirlik və missiyaların Xarici İşlər Nazirliyinin mərkəzi aparatının diplomatik personalının fərqlənmə dərəcələri.

Attaché - ən aşağı diplomatik dərəcə. Adətən diplomatın karyerası məhz bu pillədən başlayır. Attaşe müəyyən sahə üzrə mütəxəssisdir və bu sahə üzrə səfirin məsləhətçisi qismində çıxış edir: hərbi attaşe, turizm üzrə attaşe və s.

Diplomatic corps / Corps diplomatique - hər hansı bir dövlətdə fəaliyyət göstərən xarici diplomatlar həmin dövlətdə duayenin başçılıq etdiyi diplomatik korpusu təşkil edirlər.

Doyen - ən yüksək ranqlı diplomatik nümayəndə, bir neçə bərabər dərəcəli diplomat olduqda həmin dövlətdə öz vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir. [3]

Alternat - Saziş imzalandıqdan sonrahər bir ölkəyə verilən rəsmi imzalı nüsxədə hər bir dövlətin öz adının birinci yazılmasıdır.

Agrément -Hökümətin müəyyən şəxsin diplomatik nümayəndə qismində təyinatına razılığı. Aqremanını əsas şərti məxfilikdir. [39]

Veto - Latın sözü olub, mənası yasaqlamaq, qadağan etmək deməkdir.

Ratification - Müqavilənin rəsmi təsdiqi, imzalanması.

Proviso - Vəziyyət və ya şərt, istisna hal. [1]

Preliminary - gələcəkdə başqası ilə əvəz oluna biləcək ilkin razılıq.

Prolongation -hər-hansı bir müqavilənin qüvvədə qalması müddətinin uzadılması;

Diplomatik akronimlər - diplomatların bilməsi vacib olan mövzulardandır. Diplomatik İngilis dilində akronimlərin xüsusi rolu vardır. Akronimlər xüsusi təşkilat adlarının adların qısaltmaları, ixtisarlarıdır:

ECHR (European Court of Human Rights) - Avropa İnsan Haqqları Məhkəməsi.

EU (European Union) - Avropa Birliyi.

CIA (Central Intelligence Agency) - Mərkəzi Kəşfiyyat Agentliyi.

CIS (Commonwealth of Independent States) - Müstəqil Dövlətlər Birliyi.

FAO (Food and Agricultural Organization) - Ərzaq və Təsərüffat Təşkilatı.

FBI (Federal Bureau of Investigation) - Federal Tədqiqat Bürosu.

ICJ (İnternational Court of Justice) - Beynəlxalq Məhkəmə.

ILO (International Labor Organization) - Beynəlxalq Əmək Təşkilatı.

IMF (International Monetary Fund) - Beynəlxalq Valyuta Fondu.

MI (Military Intelligence section) - Hərbi Kəşfiyyat bölməsi.

MoD (Ministry of Defense) - Müdafiə Nazirliyi.

NHS (National Health Service) - Milli Səhiyyə Xidməti.

SAS (Special Air Service) - Xüsusi Hava Xidməti.

SC (Security Council) - Təhlükəsizlik Şurası.

WTO (World Tourism Organization) - Dünya Turizm Təkilatı.

IFAD (International Fund for Agricultural Development) - Kənd təsərrüfatının inkişafı üçün Beynəlxalq Fond.

UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) - Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı.

ITU (International Telecommunication Union) - Beynəlxalq Telekommunikasiya Birliyi.

NATO (North Atlantic Treaty Organization) - Şimali Atlantik Sazişi Təşkilatı.

OIC(Organization of İslamic Conference) - İslam Konfransı Təşkilatı.

PfP (Partnership for Peace) - Sülh Müttəviqliyi.

OPEC (Organization of Petroleum Exporting Countries) - Neft İxracı Ölkələrinin Təşkilatı.

Bildiyimiz kimi, yeni sözlərin təqdimatı zamanı onların həm məna, həm də forması olduqca önəmlidir, çünki bu ikilinin birgə və sıx fəaliyyəti nəticəsində nəzərdə tutulmuş nəticəni əldə etmək olar. Yeni sözlərin təqdimatı zamanı məna və forma arasındakı boşluq nə qədər böyük olarsa, öyrənənlər bu ikisi arasında məntiqi əlaqəni bir o qədər çətin qurarlar. Gəlin fərz edək ki, müəllim diplomatiya aid sözləri, məs. de-facto, de-jure, ratification, veto təqdim etmək istəyir. İlk məsələ neçə sözün təqdim olunmasından ibarətdir. Bu aşağıdakılardan asılıdır:

  • Öyrənənlərin dil səviyyəsindən

  • Öyrənənlərin təqdim olunmuş sözlərlə tanışlığından.

  • Sözlərin çətinlik dərəcəsindən(abstrakt və ya konkret olmasından)

  • Onların "öyrədilə bilmə" səviyyəsi, yəni izah edilə bilən.

  • Sözlərin produktiv,yoxsa reseptiv bacarıqlara yiyələnməyə kömək edə bilən.

Daha sonra təqdim olunmuş sözlərin sayı öyrənənin yadda saxlama qabiliyyətinə əsaslanmalıdır, həmçinin bütün dərs yalnız yeni sözlərin təqdimatına ayrılıb praktikanı da məhdudlaşdırmamalıdır. Diplomatik sözlər, söz birləşmələri terminlər, akronimlər və digər diplomatik ifadələr diplomatik danışıqda işlədildiyi kimi, həmçinin diplomatik oxuda, diplomatik mətnlərdə və ya yazılarda da istifadə edilir və qeyd etdiyimiz bu ifadələr diplomatik dinləmədə tələbələrin deyilən nitqləri, çıxışları anlamasını təmin edir.[1]

Diplomatik İngilis dilinin tədrisində 4 dil bacarığına daxil olan yazı bacarığı diplomatik situasiyalarda öyrədilir. Diplomatik yazı (diplomatic writing) bacarıqları beynəlxalq müansibətləri öyrənən tələbələrin və artıq ixtisaslaşmış diplomatların bilik və bacarıqlarına daxildir. Diplomatik yazı produktiv bacarıqdır və o, mürəkkəb tərkibdən ibarətdir. Diplomatik yazı bacarığı yalnız yazılı nitqın qrafik təqdimatlarından ibarət deyildir, bura həmçinin tələbələrin yazı bacarıqlarını struktur şəklində inkişaf etdirmələri və təqdimatları daxildir. Tələbələr diplomatik yazı bacarığına birmənalı rəsmi yazılarda sərbəst şəkildə özlərini ifadə etməklə yiyələnə bilərlər. Yazı demək olar ki, bütün sahələrdə, sferalarda istifadə edilir. Əlbəttə tələbələrin bu sferada yazı bacarıqlarını inkişaf etdirməsi üçün müəyyən qaydalara əməl etməlidirlər. İlk əvvəl müəllimlər tələbələr üçün diplomatik mühit yaratmalıdırlar, yəni danışıq zamanı diplomatik dildən istifadə etməlidirlər. Bu xüsusilə gələcək diplomatlar üçün rəsmi mesajların ötürülməsində, notaların verilməsində olduqca faydalıdır. Yazıda olan çətinliklərdən başlıcası real və təsirli diplomatik yazıların öyrədilməsidir. Tələbələrə diplomatik yazıların tədrisində aşağıdakı bəndlərə diqqət yetirilməlidir:

  • Diplomatik yazılarda məzmuna uyğun söz ehtiyatından, cümlə strukturularından istifadə edilməlidir.

  • Cümlələr, mətnlər birmənalı olmaqla yanaşı, real və məntiqi olmalıdır. Ona görə də tələbələr tərəfindən gündəmdə olan hadisələr izlənilməlidir.

  • Diplomatik yazıda orfoqrafik qaydalar mütləq şəkildə gözlənilməldir.

  • Tələbələr diplomatik yazılarda müəyyən şablon şəkilli formalardan istifadə etməlidirlər.

  • Diplomatik yazıları tərtib edərkən real şərtlər nəzərə alınmalıdır. [45]

Diplomatik İngilis dilində yazılı mətnlər diplomatik yazı bacarığının əsas elementlərindəndir. Bu bacarıq diplomatların biliyinin göstəricisidir. Mətnlərə diplomatın təlimatları və danışıq aparma qaydaları daxildir. Diplomatiyada ən çox istifadə edilən mətnlər formal diplomatik sənədlərdir. Diplomatik İngilis dilini öyrənən hər bir tələbə formal diplomatik sənədləri yazma bacarığına malik olmalıdır. Formal diplomatik sənədlərə diplomatik məktublar, şəxsi nota, diplomatik məktublar, memorandum və digərləri daxildir. [16, 201]

Diplomatik məktublar hər bir zaman xüsusi bir istiqamət üzrə - hökümət orqanları, xarici nazirliklər, beynəlxalq müəssisələr üzrə tərtib edilir. Diplomatik məktublara diplomatik elektron məktublar, xüsusi (şəxsi) məktublar və rəsmi məktublar da daxildir. Xüsusilə son illər daha da məşhurlaşmış diplomatik elektron məktublar diplomatik İngilis dili öyrənən tələbələrin bilmələri vacib olan bilik və bacarıqlardan biridir. Ümumiyyətlə elektron məktubların yazılması müxtəlif strukturda ola bilər və bu növ mesajlarda bir neçə söz, söz birləşməsi qaydasız şəkildə yazıla bilər. Lakin diplomatik elektron məktublar müəyyən qaydalara uyğun olaraq tərtib edilməlidir. Diplomatik elektron məktublar halhazırda dövlət əhəmiyyətli şirkətlərdə əsas istifadə edilən ünsiyyət vasitəsidir. Buna görə də tələbələr verilən qaydalara əməl etməlidirlər:

  • Bu elektron məktublarda tələbələr ilk əvvəl günün vaxtlarına uyğun salamlamanı (Sabahınız / Günortanız / Axşamınız xeyir) qeyd etməlidirlər. Müraciət hissəsinə daha sonra məktubun göndərildiyi şəxsin adı yazılır. Məsələn: Salam. Cənab Smits(Hello / Good morning. Mr. Smith) və sair.

  • Yazılan məktubun növbəti hissəsi məktub yazanın özünü təqdim etməsidir, bu xüsusilə şəxsi tanışlığı olmayan müsahiblər arasında olur. Buna görə də tələbələr diqqətli olmalıdırlar. Özünü təqdim etməklə lazım olan məlumatın əldə edilmə müddəti minimum vaxta əmələ gələ bilər.

  • Tələbələr diplomatik məktubları yazarkən məktubun məzmunun qrammatik, punktusiya, orfoqrafik cəhətədən düzgün olması ilə yanaşı əsas mənanın aydın ifadə edilməsinə və yığcam olmasına diqqət yetirməlidirlər.

  • Tələbələr elektron məktubları yazarkən diplomatik etiketə uyğun olaraq emosiya bildirən işarələrdən və qısaltmalardan çalışdıqları qədər az istifadə etməlidirlər. Bunlar məktubun yazılmasını asanlaşdırsa da, xüsusilə qısaltmalarla tanış olmayan müsahibin məzmunu almasında çətinliklər yarada bilər.

  • Diplomatik elektron məktubların tərtibi zamanı məktubun əsas məzmunu hətta şikayət, töhmət kimi mövzuları əhatə etsə belə, mümkün qədər nəzakətlə yazılmalıdır.Tələbələr bu qaydanı nəzərə almalıdırlar. Elektron məktubu yazarkən "Zəhmət olmasa"(please), "Çox sağolun" (thank you). "Bunu qiymətləndiririk." (we appreciate it), "Üzr istəyirik."( we are sorry) kimi nəzakət bildirən ifadələrdən istifadə edilməlidir. Bu məktubun keyfiyyətini artırır.

  • Diplomatik məktublarda bir qayda olaraq müsahib məktubu cavablandırdığına və ya məlumat verdiyinə görə təşəkkür edilməlidir. Ümumiyyətlə təşəkkür etmə diplomatik dilin əsas vasitələrindəndir. Buna görə də gələcəkdə ixtisaslaşmış diplomat olmaq istəyən hər bir tələbə bu qaydaya mütləq şəkildə əməl etməlidir.

  • Diplomatik məktublarda mütləq sağollaşma müraciəti əlavə edilməlidir. "Hörmətlə, Cənab Smits" kimi ifadə məktubun sonunda alt-alta verilməlidir. Bu müraciətin verilməsi diplomatik məktubun peşəkarcasına yazılması yanaşı, həm də məktubun səmimi yazıldığını göstərəcək.

  • Gələcək diplomatlar elektron məktuba həmçinin elektron ünvanı yazmağı unutmamalıdırlar. Yazılan elektron ünvanla yanaşı digər əlaqə vasitələri də qeyd edilə bilər. Bu müsahibin əlaqə saxlaması üçün görünən vasitədir.

  • Tələbələr bilməlidirlər ki, yazdıqları elektron məktubu göndərməyə tələsməməlidirlər. Yazılan məktubu əvvəldən başlayaraq sona kimi yenidən oxumalı, əgər orfoqrafik xətalar varsa düzəliş etməlidirlər, yalnız bundan sonra məktubu göndərə bilərlər. [46]

Xüsusi məktub tanış rəsmi şəxslərə, məsələn, hər-hansı məsələdə dəstəyə ehtiyac olduqda göndərilir. Adi kağızda, bəzən sol yuxarı küncündə nəşriyyat üsulu ilə göndərənin ad və soyadı yaxud rəsmi mövqeyi çap edilmiş blankda hazırlanır və bu zaman kağızın yalnız bir tərəfi istifadə edilir. Nəzakət formullarını tələb edir - Hörmətli Cənab… Yekun kompliment mütləqdir. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir. Diplomatik məktubları yazarkən tələbələr qeyd edilən qaydalara riayət etməlidirlər.

Şəxsi müraciətnamələr öz formal parametrlərinə görə şəxsi notalar sırasına aid edilə bilər. Lakin müraciətnaməni göndərənin və alıcının xüsusi mövqeyinə, bu cür sənədlərin əhəmiyyətinə görə onları diplomatik yazışmanın ayrıca xüsusi sənəd növünə ayırmaq qəbul edilib. Bu kateqoriyaya dövlət başçısı, hökumət başçısı və xarici işlər nazirinin məktubları aid edirlər. Bu cür sənədlərdə protokol formulları müraciət və yekun komplimentdir. Bütün şəxsi müraciətnamələr və məktublar göndərənin şəxsi imzasına malikdirlər. Bəzən şəxsi müraciətnamələri birinci şəxs adından rəsmi məktub adlandırırlar. O, yüksək keyfiyyətli yazı kağızında yuxarısında ünvan, tarix və missiya başçısına yaxud xarici işlər nazirinə ifadəsi ilə yazılır. Diplomatik nümayəndəlik başçısı adından xarici işlər nazirinə rəsmi məktub, bir qayda olaraq, «zati-aliləri», yaxud bəzən sadəcə cənab… sözləri ilə başlayır. Sonra şərəf duyuram ifadəsi gedir. Sonda yazılır:

Zati-aliləri, imkandan istifadə edərək, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Yaxud: Zati-aliləri, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz. (Göndərənin adı).

Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. Nota onu imzalayanın adından - birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır. Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir. Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresatacənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur.Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb. Xarici işlər naziri, yaxud səfirinə:Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Elçiyə, işlər üzrə müvəkkilə: Cənab işlər üzrə müvəkkil, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Üçüncü şəxs adından rəsmi nota, bu sənəd, formal nöqteyi nəzərindən, verbal notalar kateqoriyasına aid edilə bilər. Bəzən onları məzmun hissəsi və həmin sənədlərin əhəmiyyətindən çıxış edərək ayırırlar. Nota ümumən qəbul edilmiş beynəlxalq dildə milli gerblə bəzədilmiş rəsmi blankda, ünvanın göstərilməsi ilə çap edilir və aşağıdakı sözlərlə başlanır: Səfirlik… Xarici işlər nazirinə öz hörmətini izhar (ifadə) edir və Sizi… məlumatlandırmaqdan... (yaxud) Sizin diqqətinizi … çəkməkdən şərəf duyur. Sonra notanın məzmunu gedir və sənəd aşağıdakı nəzakət formulu ilə bitir:Səfirlik, fürsətdən istifadə edərək, Xarici işlər nazirinə öz dərin hörmətini izhar edir (ifadə edir, bildirir),(tarix) (göndərənin inisialları və səfirliyin möhürü). Rəsmi nota həmçinin diplomatik missiyalar arasında standart ünsiyyət formasıdır.

Yaddaş qeydləri şifahi söhbətlərin qeydlərindən ibarətdir. Diplomatik nümayəndəlik başçıları hərdən öz hökumətlərindən akkreditə olduqları dövlətin xarici işlər nazirliyinə etirazı bildirmək, yaxud hər-hansı məsələ üzrə ondan izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsi vizitə ehtiyac var ki, vizit zamanı diplomat öz məsələsini açıqlayır. Onun vizitinin məqsədində heç bir şübhə qalmasın deyə, o, nazirlikdə öz qeydlərinin xülasəsini qoyur. Bu xülasə aşağıdakı formada ola bilər: yaddaş qeydləri (aide-memoire) - burada hərəkətlər yaxud hökumətin nəzər-nöqtəsi izah edilir və ya təklif əks olunur. Yaddaş qeydində «Aide-memoire» başlığı, sonda tarix yazılır, lakin ünvan göstərilmir, imza və möhür qoyulmur; kağız parçası, vərəq (bout de papier) - başlıqsız, tarixsiz və imzasız məktubdur ki, lazım gəldikdə onun yaranma mənşəyini inkar etmək mümkün olsun. Beləliklə, kağız parçası yaddaş qeydinə nisbətən rəsmiyyət daha azdır. Yaddaş qeydi şifahi söhbət zamanı edilmiş bəyanatın yaxud xahişin əhəmiyyətini qeyd etmək, söhbətin və ya bəyanatın səhv şərhi və anlaşılması mümkünlüyünü qabaqlamaq üçün şəxsən təqdim edilir. Şəxssiz formadaxahiş irəli sürülür, təsdiq etməyə məcburuq, məlumat verilir ifadələrinin istifadəsi ilə tərtib edilir. Mətn adi gerbsiz kağızda çap olunur; yalnız göndəriş tarixi və yeri göstərilir. Mətnin yuxarısında yaddaş qeydi yazılır.

Memorandumda hər-hansı məsələnin faktiki tərəfi ətraflı nəzərdən keçirilir. Bu memorandum şəxsi, yaxud verbal notaya əlavə, yaxud müstəqil sənəd ola bilər və şəxsən yaxud kuryerlə göndərilir. Gerbsiz nota kağızında çap edilir. Göndərişin nömrəsi, möhürü, yeri və tarixi göstərilmir. Memorandumu çox vaxt ingiliscə deduction (nəticə) yaxud note of motifs (motivlərin qeydi) adlandırırdılar. Mərkəzdə isə memorandum sözünün yazılması nəzərdə tutulur.

Diplomatlar konfrans zamanı, yaxud öz hökumətinin təlimatına görə hər-hansı incə, prinsipial təklifi müzakirəyə çıxarmaqdan çəkinə bilərlər. Belə olan halda diplomat qeyd olunan məsələni özü müzakirə edə və məsələnin qeyri-müəyyən, bir qədər mücərrəd formada əks olunduğu qeyri-rəsmi kağız (non paper) qoya bilər. Non paper (ingilis dilindən tərcümədə mövcud olmayan kağız deməkdir) müasir diplomatik və siyasi praktikada geniş tətbiq edilən sənəd növüdür. Özünəməxsus şəxssiz memorandum - məsələnin mahiyyəti əks olunmuş, müzakirə olunan sənədin təklif olunan forması olan xülasədir. Adətən bu cür sənədin başlığı və imzası olmur, hərçənd texniki yarımbaşlıqları özündə ehtiva edə bilər. Bu cür sənədlərin istifadəsi kifayət qədər sərbəst şəkildə irəli sürülmüş təklifi, danışıqlarda yaranmış vəziyyəti təsbit etmək, qarşı tərəfin nəzərdən keçirməsi üçün yeni elementləri daxil etmək imkanı verir. Bir qayda olaraq, bu cür sənədlər rəsmi sənədlər qismində nəzərdən keçirilmir və iş materialı kimi xidmət edirlər. Non paperin müddəasına hardasa istinad etmək yalnız sənədin müəllifinin göstərilməməsi ilə qəbul edilib. Non paper sitat gətirilmə, bəzən isə aşkar edilmək üçün nəzərdə tutulmayıb. Hərçənd bəzi hallarda bu sənəd məhz ictimai və siyasi şərhlərin, bu və ya digər məsələ üzrə qiymətləndirmələrin əldə edilməsi üsulu kimi təklif edilir. Digər diplomatik sənədlərə də rast gəlinir. Məsələn, etimadnamə, geri çağırılma sənədləri, bildiriş sənədləri (bir dövlət başçısının diplomatik münasibətlər saxladığı digər dövlət başçısının ünvanına özünün seçilməsi və səlahiyyətlərinin icrasına keçməsi haqqında məktub. Mütləqiyyət quruluşlu dövlətlərin başçıları taxta keçmələri, bəzən ailə üzvünün dünyaya gəlməsi barədə məlumatlandırırlar. Bildiriş sənədləri və ona cavab etimadnamə tək tərtib edilirlər. Diplomatik praktikada nadir hallarda təsadüf edilir.), danışıqların yekun sənədləri, . [38]

Diplomatik İngilis dilinin öyrənərkən tələbələrin xüsusilə diplomatik danışıq və diplomatik yazı bacarıqlarına yiyələnməsi əsas məqsədimizdir. Lakin bu bacarıqların mənimsənilməsi öz-özünə baş vermir. Buna görə diplomatik dinləmə və diplomatik oxu kimi bacarıqlar da əvvəl qeyd etdiyimiz bacarıqlarla yanaşı tədris edilir. Diplomatik dinləmə (diplomatic listening) reseptiv bacarıqdır və bu bacarıq danışıq prosesində formalaşır. Diplomatik dinləmədə əsas məsələ bilavaitə dinləmək, eşidib və analamaqdır. Burada dinləmə danışılan diplomatik məzmunlu söhbətlərin, çıxışların tələbələr tərəfindən anlaşılmasıdır. Diplomatik dinləmə bacarığını həmçinin diplomatik eşidib-anlama da adlandırmaq olar. Tələbələr üçün diplomatik dinləmənin 2 növü müəyyənləşmişdir. Bunlardan biri interaktiv dinləmə, digəri qeyri-interaktiv dinləmə bacarığıdır. İnteraktiv dinləməyə müzakirələrdə, üzbəüz söhbətlərdə iştirak, lakin qeyri-interaktiv bacarığa isə audio-video yazıların, dövlət işçilərinin müsahibələrinin dinlənilməsi, və sair daxildir. Belə ki, interaktiv diplomatik dinləmədə tələbələr həm dinləyici, həm danışan funksiyasında çıxış edirlər, burada tələbələr müzakirələrdə qarşılıqlı iştirak edə bildiyi halda qeyri-interaktiv dinləmədə yalnız passiv dincəyici olurlar. Tələbələrin diplomatik dinləməyə yiyələnməsi və bu bacarıqda ixtisaslaşmaları onların diplomatik sferada rəsmi nitqlərdə, çıxışlarda, siyasi-diplomatik görüşlərdə deyilənlərin eşilib anlaşılması deməkdir. Rəsmi ünsiyyət formalarından olan diplomatik dinləməni tələbələrə aşağıdakı yollarla tədris edə bilərik:

  • Tələbələr fikirlərini deyilən nitq üzərində inkişaf etdirməlidirlər.

  • İlk əvvəl bu sferada təcrübə və biliyi yüksək olmayan tələbələr mümkün qədər diplomatik çıxışların videolarını izləməli və audio vasitələri dinləməlidir.

  • Bu audio-video materiallari dinləyərkən tələbələr fikirlərini danışanın səsinə cəmləməlidirlər.

  • Əgər dinlənilən material tələbələrə aydın deyilsə, tələbələr həmin materialları mütləq təkrar dinləməlidirlər.

  • Lakin tələbələr yadda saxlamalıdırlar ki, xarici dildə deyinən nitqin, müraciətin hamısını sözbəsöz olaraq eşitməyə də bilərlər, burada əsas məqsəd deyilənlərin ümumi olaraq başa düşülməsidir.

  • Dinlənilən nitqin ümumi mənasına diqqət etməlidirlər, və yadda saxlamalıdırlar ki, nitqdə müəyyən sözləri anlamaya da bilərlər, lakin bu onların ünsiyyətinə mane olmamalıdır.

  • Tələbələr ingilis dilində deyilən diplomatik nitqi tez bir müddətdə ana dilə və ya digər dilə tərcümə etməyə tələsməsinlər. Çünki tərcümə həm müəyyən bir vaxt alacaq, bundan əlavə olaraq dinləmə bacarığını inkişaf etdirmək üçün tərcümədən əvvəl eşitmə və anlamadan istifadə etməlidirlər. [45]

Diplomatik ingilis dilidə dinləməni tələbələr imlalar yazmaqla, xəbərlərə qulaq asmaqla, radio dinləməklə inkişaf etdirə bilərlər:

  • İmlaların yazılması xüsusilə mühazirələrin deyilməsi zamanı həyata keçirilə bilər. Bu zaman tələbə özünün yazı bacarıqlarından istifadə etməklə dinləmə bacarıqlarını inkişaf etdirəcək. Mühazirələrin faydası olduqca çoxdur. Burada tələbələr məzmundan asılı olaraq yeni sözləri də öyrənə bilər.

  • Xəbərlərin dinləmək vərdişinin yaradılması tələbələrə dinləmə bacarığını inkişaf etdirməklə yanaşı, gündəlik ən çox istifadə edilən söz ehtiyatını haqqında məlumat verəcək.

  • Tələbələr radio və ya televizor vasitəsilə BBC, Voice of America kimi kanallarda xəbər programları, diplomatik müzakirələr edilən verlişlərə qulaq asmalıdırlar, bu onların gündəlik diplomatik biliklərinin artırılmasına kömək olacaq. [50]

Müəllimin üzərinə düşən ən çətin vəzifə konkret auditoriyanın tələblərinə uyğun olan düzgün materialın toplanmasıdır. Dinləmə kommunikasiyanın tərkib hissələrindən biridir. Ünsiyyətin əsas problemi qarşılıqlı anlamaya nail olmaqdır. Dinləmə bacarığının olmaması, kommunikasiyanın effektivliyinə mane olan amildir. Audio materiallar diplomatik məzmunun dinlənilib anlaşılmasını asanlaşdırmağa xidmət edir. Amma tələbələri bu mərhələlərə hazırlamaq lazımdır:

  • adi, sakit, emosiyadan uzaq danışıq tərzinin dinlənilməsi, təhlili və mənimsənilməsi tələbələr üçün faydalıdır;

  • məhz başlanğıcda nitq normaları, müəyyən sözlərin qısa, tam və dəyişik tələffüz variantları tələbəyə izah olunmalıdır. Bunun üçün cədvəllərdən istifadə etmək olar;

  • ana dilində olmayan səslərin tələffüzü dinlənilib müqayisə olunmalıdır;

  • qeyri-emosional nitqin xüsusiyyətləri öyrədildikdən və mənimsədildikdən sonra, emfatik nitqin xüsusiyyətlərinin öyrənilməsinə keçmək olar;

  • ritm duyumunu inkişaf etdirmək üçün rəsmi müraciət və ya çıxış videolarından istifadə etmək olar;

  • mətnə qulaq asmaqdan əvvəl kontekstə uyğun leksik baza hazırlanmalı, suallar və diskussiya vasitəsi ilə tələbələrin fikri əsas məqamlara yönəldilməlidir.

Dinləmə bacarığı diplomatik sahəni öyrənən və artıq bu sahədə çalışan şəxslər üçün olduqca əhəmiyyətlidir. Təəccüblü deyildir ki, yaxşı dinləmə bacarığı diplomatik razılığın əldə edilməsinə, səhvlərin minimal səviyyədə olmasına, innovativ və kreativ işin tərtibində informasiya mübadiləsinə şərait yaradacaq.

Diplomatik İngilis dilinin tədrisində diplomatik dinləmə bacarığı ilə yanaşı diplomatik oxu tələbələrin bilməsi vacib olan bacarıqlardandır. Diplomatik sferada xarici dili öyrənən yetkin tələbələrin əsas bacarıqlarından olan diplomatik oxu informasiyaların əldə edilməsində böyük əhəmiyyət kəsb edir. Diplomatik oxu (diplomatic reading) reseptiv bacarıqdır. Diplomatik oxu bacarığı dinləmə və danışıq bacarıqlarını da inkişaf etməsinə kömək ola bilər. Diplomatik oxu vasitəsilə tələbələr dissertasiyamızda əvvəl də qeyd etdiyimiz diplomatik sözləri, diplomatik ifadələri və digər diplomatik terminləri möhkəmləndirə bilərlər. Diplomatik ingilis dilinin tədrisi zamanı tələbələrə diplomatik oxunun öyrədilməsinin aşağıdakı üsulları vardır:

  • Diplomatik ingilis dilini öyrənən tələbələrin ingilis dili biliyi aşağı səviyyədədirsə, burada müəllilmlər onlara səthi qrammatik qaydaların və diplomatik söz ehtiyatının olduğu mətnləri təqdim edilməlidir.

  • Oxu materialları diplomatik məzmuna, oxucunun biliyinə və real həyata və gündəmə uyğun olmalıdır.

  • Tələbələr oxu zamanı müxtəlif oxu strategiyalarından istifadə etməlidirlər. Onların daha cəld və effektiv oxu vərdişlərinə yiyələnməsi üçün ilkin baxış, proqnozlaşdırma, skiminq, skaninq, məzmundan anlama və prafraz strategiyalarından istifadə olunur. Tələbələr ilkin baxış strategiyasında başlıqlar, yarımbaşlıqlar və şəkillərə baxmaqla struktur və məzmun haqqında təxmini anlayışlara yiyələnir. Proqnozlaşdırma - mövzu haqda sahib olduğu bilikdən istifadə etməklə diskursun məzmununu proqnozlaşdırmaqdır. "Skimming" yəni mətnin əsas mənasının, ideyasının, strukturunun sürətlə nəzərdən keçirilməklə müəyyənləşdirilməsidir. "Scanning" - hər hansı müəyyən məlumatın mətndə aşkar edilməsi deməkdir və "scanning" hər hansı xüsusi məlumatın seçilməsi üçün müfəssəl və intensiv oxudan ibarətdir. Məzmundan anlama - məlum olmayan sözlərin mənasını mövzu haqda öncədən sahib olduğu bilikdən istifadə edərək və məzmundan təxmin etməklə anlama deməkdir. Parafraz - mətndəki məlumat və fikirləri parafraz etməklə oxu prosesinin sonunda anlamanı yoxlamaqdır.

  • Burada səsli və səssiz oxu strategiyaları da səmərəli strategiyalardır. Tələbələr səsli oxu ilə tələffüzü, səssiz oxu isə mənimsəməni inkişaf etdirə bilərlər.[45]

Diplomatik İngilis dilində qeyd etdiyimiz jargonlarla, dil bacarıqları ilə yanaşı, gələcək diplomatlar həmçinin ixtisaslarına məxsus xüsusi metodlardan, diplomatik etiketdən istifadə etməyi bacarmalıdırlar. Diplomatın ümümi mədəniyyəti, yüksək intellektual səviyyəsi, bir neçə dil bilməsi olduqca zəruridir. Ancaq diplomatların dildən istifadə etmək bacarığı, etiket duyumu, ünsiyyət çevikliyi, qarşı tərəfin fikirlərini oxuya bilmək məharəti hər kəsdən yüksək olmalıdır. [2, 6] Diplomatların davranışı həm ictimai, həm də şəxsi həyatında qüsursuz olmalıdır. Diplomatik nümayəndələrin seçimi və təyini zamanı insanın təkcə peşəkar yox, həmçinin mənəvi keyfiyyətləri rəhbər tutulmalıdır. Q.Nikolson «Diplomatiya» kitabında ideal diplomatın portretini cızmağa çalışırdı. O, burada 7 xüsusi diplomatik qabiliyyətləri qeyd edir: düzgünlük, dəqiqlik, aramlıq, sakit təbiətlilik, səbr, təvazökarlıq, loyallıq. Əgər diplomat istəmədən kimisə aldadır, yanlış düşünməsinə səbəbkar olursa, o, dərhal yaranmış anlaşılmazlığı düzəltməlidir. Diplomat üçün bir nömrəli qayda heç bir halda öz sözləri və hərəkətlərinə görə məsuliyyət hissinin zəifləməsinə imkan verməməkdir. Hər iki halda ehtiyatlılıq həmsöhbətə qarşı inam yaradır. Ən yaxşısı susmaq və ya açıq şəkildə məlumatsız olduğunuzu bildirməkdir. Gələcək diplomat, xüsusilə səfir obyektiv olmalı və sağlam mühakimə qabiliyyətinə malik olmalıdır. O, özünü sadə və anlaşıqlı dildə danışmağa öyrəşdirməli, öz bacarıqlarını polemikaya yox, qarşılıqlı şəkildə qəbul edilə biləcək qərarların nailiyyətinə yönəltməyi öyrənməlidir. Diplomatiyanın qızıl qaydalarının ən başlıcası səbrli olaq, tələsməmək və tez qarşılıq verməməkdir. Bu fikri Talleyrand "Hər şeydən əvvəl, çox cəhd etmiyin" cümləsi ilə ifadə etmişdir. [38] Buna görə də Diplomatik ingilis dilini öyrənən hər bir tələbə qeyd edilən etiketləri mənimsəməli, gələcəkdə sərbəst şəkildə ünsiyyət zamanı tədbiq etməlidir.


2.2 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində müəllimin rolu


Azərbaycan Dillər Universiteti dil müəllimləri, tərcüməçi, filoloqların və təcrübəli mütəxəsislərinin hazırlanması ilə məşğul olan ali təhsil müəssisəsidir. Müasir dövrdə xarici dili tədris edən müəllim ilk növbədə tələbələrin tədris edilən xarici dildə kommunikativ səriştəsinin formalaşdırılması üçün səmərəli şəraitin yaradılmasını təmin edə bilən və bu istiqamətdə öyrəncilərə hərtərəfli yardım edən bir şəxs olmalıdır. Bununla əlaqədar olaraq xarici dil müəllimlərinin bu sahədə bilik, bacarıq və vərdişlərinin əslində hansı səviyyədə olmasının müəyyənləşdirilməsi olduqca aktual bir problemə çevrilir. Bu gün xarici dili tədris edən hər hansı bir müəllim ilk növbədə kommunikativ səriştəyə malik olmalıdır, yəni, həm dil daşıyıcıları, həm də digər mədəniyyətlərə mənsub olan şəxslərlə real ünsiyyət zamanı tədris olunan dildən adekvat şəkildə istifadə etmək bacarığına malik olmalıdır. [5, 5]

Xarici dil müəllimləri bilməlidirlər ki, tələbələrin inkişafında onların rolu olduqca əhəmiyyətlidir. Dil müəlliminin vəzifəsi öyrəncilərə hərtərəfli yardım edərək onlara dil sahəsində ən yüksək nailiyyətləri əldə etməyə kömək etməkdir. Müəllimin tələbələrə müsbət münasibətinin olması mütləqdir. Müəllim həmçinin hər bir tələbəyə fərdi şəkildə yanaşmağı bacarmalıdır. Müəllim-tələbə münasibətləri xarici dil tədrisi prosesinin əsas amillərindən biridir. Bu münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və əməkdaşlıq üzərində qurulmalıdır. Xarici dil tədrisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə nail olmaq üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

  • Qarşıya qoyulan məqsədlər real olmalıdır.

  • İnnovativ metod və üsullar tədris prosesinə səmərəli tətbiq edilməlidir.

  • Müəllim dil öyrənən tələbələrin arzu, maraq və təlabatları haqqında məlumatı olmalıdır.

  • Xarici dili tədris edən müəllimin tədris etdiyi fənnə həvəslə yanaşması bu tədris prosesinin uğurlu olmasını təmin edən əsas şərtlərdəndir.

  • Müəllimdə tələbələrin nəyi, necə və hansı məqsədlə öyrənməsini, yəni tədrisin məqsədləri, metod və üsulları haqqında məlumat olmalıdır.[5,10-11]

İstənilən bir fənnin tədrisində müəllimlərin rolu əvəz edilməzdir. Digər fənlərdə olduğu kimi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində də dərs materialının anlaşılmasında və digər bu kimi məsələlərdə müəllim əsas yardımcı funksiya daşıyır. Qeyd etmək lazımdır ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimlərinin işi Ümumi İngilis dili müəllimlərindən fərqlənir. Beləliklə, Tony-Dudley Evans İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimlərinin dərs zamanı 5 müxtəlif rolları yerinə yetirdirdiyini qeyd edir. Bunlara: 1) müəllim, 2) kursun dizayneri və material təşkilatçısı, 3) tədqiqatçı, 4) əməkdaş və 5) qiymətləndici aiddir. Sveyls 1985-ci ildə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimi termini əvəzinə Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi və ya Xüsusi İngilis dili təcrübəçisi terminini işlətmişdi. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəçilərinin əksəriyyəti İngilis dili öyrənilməsi üçün ümumi peşə yaxud təhsil maraqı olan, təhsil sahələrinə əsas informasiya gətirən yetkin müəllimlərdir.

Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi "müəllim" funksiyasında həmin xüsusi ixtisasda dərin biliklərə malik olmasa da tələbələrə yeni materialı öyrənməyə kömək edir. Müəllimlər burada iştirak edən yetkin tələbələrin ixtisas biliklərindən yararlanaraq Xüsusi məqsədlərlə inglis dili fənnini tərtib edə bilərlər. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi "kursun dizayneri və material təşkilatçısı" funksiyasında Diplomatik İngilis dili kimi xüsusi məqsələrlə ingilis dili fənlərini təşkil edirlər. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi çox zaman tələbələri materialla təmin etməyə məcbur olur. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi "tədqiqatçı" funksiyasında ingilis dilini müəyyən xüsusi akademik məqsədlər baxımından öyrənir, məsələn: Diplomatik İngilis dilində diplomatiyanin tərkibini, tez-tez işlədilən sözlər, söz birləşmələrini, terminləri araşdırır. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi "əməkdaş" funksiyasında iki formada çıxış edə bilər. Bu formaları tam və natamam əməkdaşlığa ayırmaq olar. Birinci növ əməkdaşlıqda İngilis dili təcrübəçisi tərəfindən hazırlanan dərs materialı dərsdən əvvəl ixtisas müəllimi tərəfindən şərh edilir, belə əməkdaşlıq natamam əməkdaşlıq adlanır. İkinci növ əməkdaşlıqda isə ingilis dili təcrübəçisi ilə ixtisas müəllimi birgə komanda-təlimi dərslərini keçir, bu tam əməkdaşlıq adlanır. Akademik məqsədlərlə keçilən belə dərslər mühazirələrin, yeni terminlərlə bol olan yazı materiallarının və ya tezislərin asanlıqla başa düşülməsinə kömək olacaq. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçiləri "qiymətləndirici" funksiyasında müxtəlif qiymətləndirmə üsullarından - testlə tələbələrin biliyinin yoxlanılması, dil kursunun təkmilləşdirilməsindən istifadə edirlər. [13,490-491]

Xüsusi İngilis dili təcrübəçiləri adətən yeni xüsusi sahələrə həvəssiz yanaşırlar. Əlbəttə bunun səbəbləri vardır. Bu səbəblərə İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi üçün hazır materialın çatışmazlığı, Xüsusi İngilis dili təcrübəçilərinin bilmələri vacib olan yeni ixtisas sahələrinin olması və İngilis dili tədrisi statusunun dəyişməsi aiddir. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi üçün hazır materialın olmadığına görə müəllimlər orijinal materiallardan istifadə etməli olurlar. Orijinal materiallar dil daşıyıcıları üçün tərtib olunub, lakin bu materialları nəinki dil daşıyıcıları, həmçinin xarici dili öyrənən tələbələr də istifadə edə bilər. Orijinal mətnlər vasitəsi ilə tələbələrin oxu, yazı və dinləmə bacarıqlarını intensiv şəkildə inkişaf etdirmək mümkündür. Ümumi ingilis dili və ya İngilis ədəbiyyatı fənləri üzrə ixtisaslaşan müəllimlər xüsusi dil ehtiyaclarının yaranması səbəbi ilə özlərinin az bilikli olduqları və ya heç məlumatı olmadıqları yeni ixtisas sahələrini tədris etməli olurlar. Bu zaman bir neçə xüsusi əhəmiyyətli suallar meydana gəlir:

a) "İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinə aid materialların məzmunu xüsusiləşdirilməlidirmi?" Burada qrammatika və ya xüsusi sahə ayrı-ayrılıqda tədris edilmir, hər ikisi qarşılıqlı öyrənilir. Lakin burada əsas diqqət Diplomatik İngilis dili kimi xüsusi sahələrə yönəlir, materialların məzmunu hər ixtisasa uyğun olaraq xüsusiləşir. Buna görə də müəllimlərin bilik və bacarıqları materialların çətinlik səviyyələrəinə uyğun olmalıdır.

b) "Xüsusi İngilis dili müəllimlərinin dərs prosesində hansı səbəbə görə çətinliklərlə qarşılaşır?" Yeni ixtisas sahəsində müəyyən bilik-bacarıqlara sahib olmalarına baxmayaraq Xüsusi İngilis dili müəllimləri dərs zamanı müxtəlif məzmunlu çətinliklərlə qaşılaşır. Bu çətinliklərə dil fərqləri, qrupda tələbələrin çox olması, tələbələrin Ümumi İngilis dili biliklrəinin zəif olması, dərs saatlarının az olması, istifadə olunan metodikanın ənənəvi olması, interaktivliyin məhdudliyin məhud olması və sairəni daxil etmək olar. Bu çətinliklər bir neçə səbəb əsasında formalaşır: 1) Adəti üzrə təhsil sahəsi humanitar və texniki fənnlərə ayrılır. İngilis dili humanitar fənn olduğundan müəllimlər texniki ixtisas sahələrində çətinlik çəkirlər. 2)Xüsusi İngilis dili müəllimlərinin bəziləri ingilis ədəbiyyatı və ümumi ingilis dili fənlərindən fərqli olaraq texniki fənlərin keçirlməsində həvəssiz olur. Yeni sahə maraq oyatmasa da müəllimlər dünyanın tələbinə uyğün olaraq bu ixtisasları keçməyə məcbur olurlar. 3) Ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin inkişafı ilə əlaqədar müəllimlər bilikli olmaq üçün yeni sahəni öyrənməli olurlar.

c) Xüsusi İngilis dili müəllimləri hansı biliklərə sahib olmalıdır? Xüsusi İngilis dili müəllimlərinin yeni sahəni mükəmməl öyrənmələrinə ehtiyac yoxdur. Belə ki, ingilis dili müəllimləri yeni sahə üzrə aşağıdakıları bilmələri lazımdır:

  1. Diplomatik İngilis dili kimi xüsusi sahələrə qarşı pozitiv yanaşma.

  2. Xüsusi sahənin əsas prinsipləri haqqında ümumi biliklər.

  3. Tələbələrin həmin sahədə biliklərinin hansı səviyyədə olması.

Belə ki, dil təcrübəçilərinin biliklərinə Diplomatik İngilis dili kimi xüsusi məqsədli sahələrə aid sualların soruşulması da aiddir: Hansı diplomatik terminləri tanıyırsınız?, Akronimlərin özəlliyi nədən ibarətdir?, Diplomatik yazıların xüsusi qaydası var mı? və sair. Başqa sözlə desək, Xüsusi İngilis dili təcrübəçiləri yeni sahəni dərinliklərinədək bilməyə də bilərlər, təcrübəçilərin əsas vəzifəsi tələbələrə lazım olan və tədris ediləcək materialı mənimsəmələridir.


2.3 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili yolları


İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrindən və bizim araşdırmamızın əsas mövzusu olan Diplomatik İngilis dilini həmçinin Diplomatiya üçün İngilis dili, Diplomatlar və ictimai əlaqələr üzrə rəsmilər üçün ingilis dili də adlandırmaq olar. Bir çox sahələrdə olduğu kimi İngilis dili həmçinin hökümətlərarası əlaqələr üzrə, müxtəlif dövlət orqanlarında və dövlət əhəmiyyətli görüşlərdə də istifadə edilir. Bu sahə geniş miqyasda istifadə edildiyinə görə xüsusi ixtisaslaşmış şəxslər üçün Diplomatik İngilis dili kursları təşkil edilir. Diplomatik İngilis dili kursları beynəlxalq münasibətlər və regionşünaslıq üzrə təhsil alan tələbələr, həmin sahələrdən məzun olan şəxslər, diplomatik heyyət, hökümət işçiləri, beynəlxalq agentliklər, diplmatik sahələrdə çalışanlar və xüsusi dövlət əhəmiyyətli təşkilatlara üzv olanlar üçün nəzərdə tutulub. Diplomatik İngilis dili kurslarında yalnız yetkin tələbələr iştirak edə bilər. Kurslar intensiv şəkildə həyata keçirilir. Yetkin tələbələr artıq ingilis dilində tam olaraq eşidib-anlamalı və sərbəst şəkildə danışa bilməlidirlər, buna görə də onların ingilis dili bilikləri orta və ya yüksək-orta səviyyədə (intermediate or upper-intermediate level) olmalıdır. Bu kurslar rəsmi görüşlərdə, debatlarda tələbələrə qarşılıqlı ünsiyyət yaratmaqda kömək olacaq. Diplomatik İngilis dili kurslarının məqsədinə diplomatik sferada peşəkar təqdimatlar hazırlamaq üçün ingilis dilindən əminliklə istifadə etmək, beynəlxalq görüşlərdə iştirak etmək, rəsmi müzakirələr aparmaq üçün ingilis dili səviyyəsini inkişaf etdirmək, xüsusi diplomatik ifadələrdən, terminlərdən düzgün istifadə etmək, rəsmi təqdimatlar hazırlamaq, rəsmi məktubları və elektron məktubları hazırlamağı daxil edə bilərik.

Diplomatik İngilis dili kurslarının tədris proqramına effektiv ünsiyyətin həyata keçirilməsi, beynəlxalq danışıqların aparılması, beynəlxalq görüşlərin keçirilməsi, beynəlxalq təqdimatların hazırlanması, rəsmi yazışma formalarının öyrədilməsi, məruzələrin hazırlanması, diplomatik terminologiyanın tədris edilməsi, təsirli danışma, auditoriyanın idarə edilməsi, yazılı ünsiyyətin formalaşdırılması, diplomatik etiket və bədən dili (body language) kimi məsələlər daxildir. Effektiv ünsiyyət dedikdə mürəkkəb beynəlxalq mövzular barəsındə məruzələr etmək, diplomatik dildə özünü təqdim etmək, danışıqların aparılmasında iştirak etmək nəzərdə tutulur. Beynəlxalq görüşlərə formal və qeyri-formal yığıncaqlar, şərhlərin edilməsi, sual və təkliflərə rəsmi cavabların verilməsi, beynəlxalq təqdimatlara isə əsas rəsmi məzmunun hazırlaması, təqdimatın planlaşdırılması, sualların tərtib edilməsi və xülasənin verilməsi daxildir.

Qeyd etdiyimiz məsələlər dünyada "Diplomatik İngilis dili" fənninin əsas mahiyyətini və tərkibini təşkil edir. Araşdırmamızın əsas mövzu olan Diplomatik ingilis dili beynəlxalq münasibətlərin öyrənildiyi bir çox təhsil müəssisələrində tədris edilir. Ali təhsil müəssisələri içində Azərbaycan Dillər Universitetində də tədris edilən Diplomatik İngilis dili fənni "Beynəlxalq münasibətlər" ixtisasında tədris alan birinci və ikinci kurslarda azərbaycanlı müəllimlər tərəfindən keçirilir. Tədris proqramına əsasən bu fənn həftədə 3 dəfə, semestr ərzində isə 90 saatdan ibarətdir. Diplomatik ingilis dilinin proqramı Diplomatik əlaqələr,Diplomatik heyyət, Şimali Amerika Azad Ticarət Razılaşması, Birləşmiş Millətlər, Avropa Birliyi, Dünya Ticarət Birliyi və sair mövzuları əhatə edir. Diplomatik ingilis dili dərslərində artıq iştirak edən tələbələr nota, məktub, memorandum kimi diplomatik yazılara uyğun diplomatik yazışma qaydalarına və yazışma formalarına, diplomatiyada xüsusi deyimlərdən və terminologiyadan istifadə etmə bilik və bacarıqlarına yiyələnirlər. Bu proqramda həmçinin xüsusi mövzuların, terminologiyanın, diplomatik yazının öyrədilməsi ilə yanaşı, Xarici İşlər Nazirliyinə, Milli Məclisə, Buta Saraya (Buta Palace), Sərgi Mərkəzinə (Expo Center), Nazirlər Kabinetinə və Azərbaycanda beynəlxalq tədbirlərin keçirilə biləcəyi digər təşkilatlara ekskursiyaların keçirilməsi də nəzərdə tutulur.

Apardığımız müşahidə əsasında deyə bilərik ki, diplomatiya sahəsini öyrənən tələbələrin dil biliyi ehtiyaclarını, müəllimlərin həmin sahədə bilik və bacarıqlarını nəzərə almaqla Diplomatik İngilis dilinin tədrisi prosesini səmərəli təşkil etmək olar. Belə ki, Diplomatik ingilis dili dərslərini ənənəvi və interaktiv üsullarla tədris edilə bilər. Ənənəvi üsulda müəllim informasiyanı, hazır bilikləri şərh edir, tələbələr isə passiv şəkildə mənimsəyir. Ənənəvi üsullara ev tapşırıqlarının yoxlanılması, öyrənilən mövzuların yoxlanılması (frontal və fərdi sorğu), köhnə dərslə yeni dərsin əlaqələndirilməsi, yeni mövzuya dair mühazirə, aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi, yeni dərsin möhkəmləndirilməsi üçun sual və tapşırıqlar, reproduktiv (təkraredici) tətbiqetmə, qiymətləndirmə (əsasən axırda və müəllim tərəfindən aparılır) daxildir. Boloniya təhsil sisteminə qoşulduqdan sonra universitetlərdə tətbiq edilən ənənəvi tədris üsulu tələblərə cavab vermədi və təhsildə müxtəlif üsullardan istifadə edilməsi zərurəti qarşıya çıxdı. Bu sistemdə istifadə edilən üsullardan biri də interaktiv(fəal) tədris üsuludur. İnteraktiv təlimə isə motivasiya (problemin qoyuluşu), tədqiqatın aparılması (fərziyyələrin yoxlamaq üçun tapşıraqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanması), məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması), produktiv (yaradıcı) tətbiq etmə, hər mərhələdə qiymətləndirmə daxildir. Hal-hazırda Diplomatik İngilis dili dərsləri həm ənənəvi üsulda, həm də interaktiv üsulla tədris edilir. Lakin çalışmaq lazımdır ki, dərslər getdikcə tamamilə interaktiv təlimlə tədris olunsun. İnteraktiv sözü geniş mənada işlədilir, bu təlimdə onun müxtəlif növlərindən -beyin həmləsi, rollu oyunlar, söz assosiasiyası, insert, debatdan istifadə olunur. "Beyin həmləsi" termini müxtəlif ədəbiyyatlarda müxtəlif cür adlandırılır, hətta onu bəzən əqli hücum da adlandırırlar. Tələbələrin düşünmə qabiliyyətlərini inkişaf etdirmək üçün "açar söz"dən istifadə məqsədəmüvafiqdir. Rollu oyunların dərs prosesinə tətbiqi ona görə əlverişlidir ki, dərs prosesində rollu oyunların təşkili üçün proqram və dərslikdə kifayət qədər materiallar var. Odur ki, istedadlı müəllim bundan faydalanmağı bacarmalıdır. Hətta diplomatik görüşlərə dair dialoqların səhnələşdirilməsi mümkündür. Söz assosiasiyası tələbələrdə sürətli düşünmə və cavab vermə vərdişini yaradır. Bunu təkrar mövzularda aparmaq daha məqsədəuyğundur. Sadə bir nümunə ilə fikrimizi əsaslandıra bilərik. Müəllim tək bir söz deyir və bu sözə uyğun olaraq tələbələr cavab verirlər. İnsert üsulunu tələbələrin müstəqil bilik əldə etməsi də hesab etmək olar. Müəllim yeni bilikləri tələbələrə müxtəlif vasitələrlə- insert üsulu ilə də öyrədə bilər. Bu üsul tələbələrin müstəqil düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların nitq qabilliyyətini artırır. Debat müasir təhsil sistemində müəllimlərin və tələbələrin tez-tez qarşılaşdığı bir üsuldur. Debat hər hansı problemli bir fikrin əks mövqedən izahı və qarşılıqlı şəkildə müzakirə edilməsidir. [1]

Təcrübə məqsədi ilə I kursda keçilən "Diplomatik İngilis dili" fənnində iştirak etdik. Dərs prosesi intensiv şəkildə interaktiv üsulla keçirildi. İştirak etdiyimiz dərsdə Diplomatik ingilis dili müəllimi interaktiv təlimin növü olan söz assosiasiyasından istifadə etdi. Müşahidə etdiyimiz dərs prosesi yarış xarakteri daşıyırdı. Belə ki, müəllim ən azı 6-7 tələbə olmaqla tələbələri iki yarım-qrupa ayırdı. Ənənəvi iki nəfərlik parta oturuşu tələbələrin fəallığını minimuma endirdiyinə görə yeni təlim metoduna müvafiq olaraq tələbələr ənənəvi formada deyil, qeyri-formal şəkildə - dairəvi formada təşkil edildi. Bundan sonra müəllim tərəfindən diplomatik ifadələr, diplomatik terminlər azərbaycan dilində tələbələrə sual verildi, tələbələr də öz növbəsində həmin sözün, ifadənin ingilis dilində olan ekvivalentini cavab verdilər və hər sual bir xalla qiymətləndirildi. Xallar ilk və düzgün cavabı verən komandanın hesabına yazıldı. Beləcə dərs prosesi sual-cavab formasında keçirildi. Sonda ən çox xalı yığan komanda qalib oldu. Dərsdən sonra tələbələrlə müsahibə metodundan istifadə edərək Diplomatik ingilis dili fənninə dair təklifləri öyrəndik. Belə ki, həmin təklifləri aşağıdakı kimi ümumiləşdirə bilərik:

  • Diplomatik ingilis dili fənni saatlarını artırmaq.

  • İngilis dili müəllimi ilə yanaşı, nazirlərin, deputatlarının və ya diplomatik sferada çalışan şəxslərin "Diplomatik İngilis dili" dərslərini keçməsini təşkil etmək.

  • Diplomatik nümayəndələrlə görüşlər keçirilmək.

  • Diplomatik tədbirlərdə, yığıncaqlarda təcrübəçi kimi iştirak etmək.

NƏTİCƏ


Beləliklə, dissertasiya işimiz giriş, iki fəsil, yekun nəticə, və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində dissertasiyamızın tədiqiqat obyekti, predmeti, məzmunu, tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti, məqsəd və vəzifələri, tədqiqatın elmi yeniliyi, dissertasiya ilə bağlı nəşrlər haqqında məlumat veririlib. Burada qeyd edilənlər tədqiqatın ümumiləşdirilmiş məlumatlarıdır.

Birinci fəsildə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin nəzəri əsaslarından bəhs edilib. Nəzəri əsaslar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixini və sahələrini əhatələyir. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi hal-hazırda dil tədrisində aktual mövzulardandır. İngilis dilinin beynəlxalq dilə çevrilməsindən sonra bu sahənin araşdırılması geniş vüsət aldı. İndi artıq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ingilis dili tədrisində müstəqil dil tədrisi sahəsidir. Dissertasiyamızın birinci fəsilində İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi metodologiyası haqqında aşağıdakı fikirlər müəyyənləşdirilmişdir:

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi məqsəd-yönümlü tədrisdir.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri tədris qaydalarına və peşələrə uyğun metodologiya ilə əks etdirilməlidir.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesində tələbə və müəllim arasında qarşılıqlı ünsiyyət yaradılmalıdır, və burada ünsiyyət Ümumi ingilis dili tədrisindən fərqli olacaqdır.

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi tarixinin formalaşması, çoxşaxəli sahələrinin müəyyən edilməsi, xüsusi sahələrin tədrisi prosesinin və metodikasının hazırlanması uzunmüddətli və mürəkkəb pedaqoji prosesdir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər mütləq və müvəqqəti xüsusiyyətlərə ayrılır.


Mütləq xüsusiyyətlər.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi bu xüsusiyyətlərə görə İngilis dili tədrisinə daxildir:

  • tələbələrin xüsusi ehtiyaclarını qarşılamaq üçün tərtib edilib.

  • müəyyən qayda, peşə və fəaliyyətə aid mövzularla əlaqəlidir.

  • həmin fəaliyyətlərə uyğun sintaksis, leksika, diskurs, semantika, diskursun təhlili və bunlara aid dil tədrisi mövzusu ətrafında mərkəzləşib.

  • Ümumi İngilis dili ilə ziddiyyət təşkil edir.

Müvəqqəti xüsusiyyətlər:

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi xüsusi qaydalarla əlaqələndirilə bilər və yaxud xüsusi qaydada tərtib edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi Ümumi İngilis dilindən fərqli metodologiya ilə xüsusi tədris situasiyalarında istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi üçüncü dərəcəli müəssisələrdə və ya profesional iş situasiyasında olan yetkin tələbələr üçün tərtib edilib. Bunlarla yanaşı bu sahə ixtisas fənlərini keçən tələbələr üçün də istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ümumiyyətlə orta (intermediate) və yaxud yüksək (advanced) dil səviyyəsində olan tələbələr üçün tərtib edilib.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin əksər kursları bəzi əsas dil strukturu haqqında bilikləri əhatələyir, lakin bu yeni başlayan tələbələr üçün istifadə edilə bilər.

Dissertasiya işimizdə əvvəl də qeyd etdiyimiz kimi İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin müxtəlif ixtisaslara dair xüsusi dil tədrisi sahələri vardır. Bu sahələr müasir dövrün tələblərinə uyğun olaraq formalaşmışdır. Tədqiqatımızın obyekti olan İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi sahələrdən biri Diplomatik İngilis dilidir.

İkinci fəsildə artıq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi üzrə işin səmərəli təşkilindən bəhs edilmişdir. Bu fəsilə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis dili nümunəsində öyrənilməsi, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində müəllimin rolu və İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili yolları daxildir. Bizim tədqiqatımızın obyekti İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin sahələrindən olan Diplomatik İngilis dili nümunəsində öyrənilməsidir. Diplomatik İngilis dili Beynəlxalq münasibətlər və Regionşünaslıq üzrə təhsil alan tələbələrin, məzunların, artıq ixtisaslaşmış diplomatların, nazirlərin, siyasətçilərin və digər diplomatik nümayəndələrin əsas bilik və bacarıqlarına daxildir. Diplomatik İngilis dilinin işçi materialının tərkibinə diplomatik sözlər, diplomatik söz birləşmələri, diplomatik ifadələr və diplomatik terminlər daxildir. Diplomatik İngilis dilində mükəmməl biliklərə sahib olmaq üçün tələbələr diplomatik ingilis dilinin əsasını təşkil edən diplomatik danışıq, diplomatik yazı, diplomatik dinləmə və diplomatik oxu bacarıqlarını mənimsəməlidirlər. Tədqiqat işində hər bir diplomatın bilməsi vacib olan müxtəlif xüsusi sözlərdən, söz birləşmələrindən, diplomatik etiketdən, ifadələrdən, terminlərdən və akronimlərdən bəhs edilib. İkininci fəsildə bu jarqonların tədrisi metodologiyasına aid təlimatlardan da danışılmışdır. Bunlara nümunə olaraq diplomatik məktubların yazılması, audio-linqual materialların dinlənilməsi və sair daxildir.

Dissertasiyanin yazılmasında müşahidə və müsahibə metodundan istifadə edilmişdir. Apardığımız müsahibə və müşahidələrdən aydın olur ki, Diplomatik ingilis dili yalnız dil müəlliminin tədrisi ilə kifayətlənməməli, bu dərslər həmçinin diplomatlar tərəfindən də keçilməlidir. Həftədə dərs saatları çoxaldılmalıdır. Bunlarla yanaşı, diplomatik ingilis dilinin tədrisində ənənəvi təlim getdikcə interaktiv təlimlə əvəz edilməlidir.

Beləliklə, biz dissertasiya işimizdə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin xüsusi sahələrindən olan Diplomatik İngilis dilini, diplomatiyaya aid söz birləşmələrini, diplomatik terminologiyanı, onun formalarını, məqsədlərini, diplomatik dil bacarıqlarını, həmçinin interaktiv metod vasitəsilə tədris prosesinin səmərəli təşkili yolları araşdırdıq.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT


1. Azərbaycan Dillər Universiteti, "Diplomatik İngilis dili" fənni mühazirə materialları, Bakı 2014


2. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, BDU nəşriyyatı, 2009,176 s.


3. Elektron mühazirələr, Diplomatiyanın əsasları, (), Bakı, 2009, 40 s.


4. Əzimov B. Qloballaşmanın linqvistik əsasları, qlobal dil, beynəlxalq dil və milli anlayışlarının qarşılaşdırılması, Azərbaycan Milli Elmlər Akademiyas Nəsimi adına Dilçilik İnstitutu, «Tədqiqlər» №1, «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı, 2008, 312 s.


5. Hüseynzadə G., Xarici dillərin tədrisində islahatların tətbiq edilməsi: müəllimyönümlü tədrisdən tələbəyönümlü tədrisə keçid, Azərbaycan Dillər Universiteti, Dil Təlimində İnnovativ Metodlar, (), Bakı, "Neyostar M.M.C" nəşriyyat poliqrafiya müəssisəsi, 2012, 104 s.


6. Akıncı Zeynep, Diplomatik Dil ve özellikleri, Tömer Çeviri Dergisi "Özel Kuram Sayısı", (), Türkiye, 2005


7. Milli Eğitim Bakanlığı Talim ve Terbiye Dairesi, Temel Eğitim Ortaokul Dönemi Akademik İngilizce Dersi Öğretim Programı, (http://talimterbiye.mebnet. net/Ogretim%20Programlari/ortaokul/Programlar/secmeli/akademik%20ingilizce-Türkçe %20version.pdf), Lefkoşa, 2005, 14s.


8. Tuncay H. "ESP: English for What Purposes and How?", (http://hidayettuncay. com/makaleler/ESP-English-for-What-Purposes-and-How.pdf), Türkiye, Istanbul Kultur Universitesi, 2014, 12s.


9. Егорова Л.А. Английский язык для специальных целей: лингвистические, прагматичекие и дидактичекие аспекты, (http://www.sworld. com.ua/index.php/ ru/modern-linguistics-and-intercultural-communication-c112/11931-c112-048), Москва, 2012


10. Baker ., A. The Care and Education of Young Bilinguals, Cambrian Printers Ltd. Press, Great Britain, 2000, 220 p.


11. Belcher, D. Trends in teaching English for specific purposes. Annual Review of Applied Linguistics, Volume 24, Cambridge University Press, 2004, 186 p.


12. Belcher, D. English for specific purposes: Teaching to perceived needs and imagined futures in worlds of work, study and everyday life, TESOL International Association, Online Publishing, 2006, 257 p.


13. Bojovic, Milevica. Teaching foreign languages for specific purposes: Teacher development. The proceedings of the 31st Annual Association of Teacher Education in Europe. (), Published by the National School for Leadership in Education, Serbia, 2006, 778 p.


14. Brunton Mike, An account of ESP - with possible future directions, (http://www.esp-world.info/Articles_24/An%20account%20of%20ESP.pdf), English for Specific Purposes Issue 3 (24), Volume 8, 2009, 15 p.


15. Carver D., Some propositions about ESP, The ESP Journal, Volume2, Published by Elsevier Ltd., 1983,196 p.


16. Dietrich K., "Texts in Diplomacy" article (201-206),Language and Diplomacy edited by Jovan Kurbalija, Hannah Slavik, (http://www.diplomacy. edu/sites/default/files/Language_Diplomacy_Chapter12.PDF), DiploProjets Press, Malta 2001, 335 p.


17. Dudley-Evans, Tony & Johns, Ann M., English for Specific Purposes: International in Scope, Specific in Purpose.(297-314), TESOL Quarterly v25-n2, 1991, 370 p.


18. Dudley-Evans, Tony & Johns, Ann M., Developments in English for Specific Purposes:A Multi-Disciplinary Approach, Cambridge University Press,1998, 301p.


19. Dudley-Evans, Tony. An Overview of ESP in the 1990s. Paper presented at The Japan Conference on English for Specific Purposes, Fukushima, 1998, 113 p.


20. Fiorito , Teaching English for Specific Purposes (ESP), (http:// ), 2005


21. Gatehouse K. Key Issues in ESP. Curriculum Development. Vol. VII, No. 10, (), 2001


22. Harmer J. The Practice of English Language Teaching, New Edition in Longman Publishing, New York, 1983, 289 p.


23. Harvey P., Diplomacy and the English language, (. com/index.php/ingles.html), 2011


24. Hutchinson Tom and Waters Alan, English for Specific Purposes:A learning-centred approach, Cambridge University Press, 1987, 183 p.


25. Kalluri, Ram Chandra, Towards an ever expanding textbook preparing an alternative course in English for the first year of four year B.Tech programme for the universities in Andhra Pradesh including NIT, Warangal, 2011, 520 p.


26. Kennedy C. ESP Projects, English as a global language, and the challenge of change, University of Birmingham Press, UK, 2012, 242 p.

27. Laurence A. Defining ESP and the role of the ESP practitioner. (http:// www.antlab.sci.waseda. ac.jp/abstracts/Aizukiyo97.pdf), Okayama University of Science press, Japan, 1997, 5p.


28. Laurence A. ESP:What does it mean?Why is it different?On Cue. (http:// www.antlab.sci.waseda.ac.jp/abstracts/ESParticle.html), Okayama University of Science press, 1997


29. Linde López, Ángeles and Crespo Jiménez, Rosalía.Professional English in the European Context:The EHEA Challenge, Peter LangPublishing Group,2010, 374p.


30. Paltridge Brian and Starfield Sue, The Handbook of English for Specific Purposes, A John Wiley & Sons Ltd Publication, UK, 2013, 577 p.


31. Robinson P., ESP Today: a Practitioner's Guide. Hemel Hempstead: Prentice Hall International Press, 1991, 146 p.


32. Stanko N., "Use of Language in Diplomacy" article (39-47),in book Language and Diplomacy edited by Jovan Kurbalija, Hannah Slavik,(http://www.diplomacy .edu/sites/default/files/Language_Diplomacy_Chapter2.PDF), 2001, 335 p.


33. Swales J. M., Writing Scientific English: A Textbook of English as a Foreign Language for Students of Physical and Engineering Sciences, London, Thomas Nelson & New York, Cengage press, 1980, 167 p.


34. Swales J. M., Episodes in ESP: a source and reference book on the development of English for science and technology, Volume1, Pergamon Institute of English, Oxford Press, 1985, 217 p.


35. Swales, J. M. Genre analysis: English for academic and research setting, Cambridge University Press, 1990, 260 p.


36. Widdowson, H. G., Teaching Language as Communication, Oxford University Press, 1978, 168 p.


37. http://idioms.thefreedictionary.com/diplomacy

38. http://kayzen.az/blog/diplomat/1061/diplomatiya-n%C999dir.html

39.

40.

41. http://www.linguarama.com/courses/english-for-public-bodies

42.

43.

44.

45.

46.

47. gudlnsfralnggandcltrLrnngPrgrm/FourBasicLanguageSkills.htm

48.http://rahelcynthia.wordpress.com/2013/06/28/four-skills-in-the-english-language/

49.

50.



 
 
X

Чтобы скачать данный файл, порекомендуйте его своим друзьям в любой соц. сети.

После этого кнопка ЗАГРУЗКИ станет активной!

Кнопки рекомендации:

загрузить материал